PARADOKS

AKTUAL

“Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir

25-01-2019, 01:48
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 80


Ölkənin ən gənc və innovativ mobil operatoru olan “Nar” abunəçilərini sevindirməyə davam edir.
Bütün “Limitsiz İnternet” paketlərinə qoşulan “Nar” abunəçiləri üçün “WhatsApp” pulsuzdur. Hətta
meqabaytlar bitdikdən sonra da abunəçi istifadə müddətinin sonuna qədər pulsuz internetdən və
“WhatsApp” ilə limitsiz yazışmadan yararlana bilər. Üstəlik, “XL”, “2XL” və “3XL” paketlərində
gecələr internet trafiki tam sürətli olmaqla yanaşı, həm də pulsuzdur və paketin meqabaytlarından
istifadə edilmir.
Qeyd edək ki, “Nar” abunəçilərə müxtəlif həcmli “Limitsiz İnternet” paketlərdən birini seçmək imkanı
verir. İstifadəçilər həm mobil telefonunda, həm də kompüterdə 150 Mb/s-dək sürətdən zövq ala
bilərlər. Bundan başqa, sifariş edilən “Limitsiz İnternet” paketin trafiki bitmədiyi halda belə, abunəçi
yeni “Limitsiz İnternet” paketi sifariş edə bilər. Bu zaman hər iki paketin meqabaytları cəmlənəcək və
ancaq hər paketin trafiki uyğun paketin istifadə müddəti ərzində aktiv olacaq. Aktiv paketlərin
istifadə müddəti bitdikdən sonra sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək.
“Nar”-ın “Limitsiz İnternet” paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən
əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə
ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə
əsaslanıb.
 “Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI