PARADOKS

AKTUAL

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır

19-01-2019, 14:50
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 64


“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin  sayı sürətlə artır

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın “Full” paketlərindən istifadə edən
istifadəçilərinin sayı sürətlə yüksəlməkdədir. Ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol
internet və çoxsaylı bonusların daxil olduğu “Full” paketlərindən istifadə edən
abunəçilərinin sayı son 6 ayda 90 % artaraq, 100 mini keçib.
Qeyd edək ki, “Full” paketləri internet və danışıq dəqiqələrini çox sərfəli qiymətlərlə bir
paketdə birləşdirib. “Full” paketlərini sifariş edən “Nar” abunəçilərinə internet və
dəqiqələri sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində topladıqları bonusları növbəti
aylara keçirə bilmək imkanı verilir. Bundan əlavə, Azərbaycan mobil rabitə bazarında ilk
dəfə olaraq “Full” paketlərinin istifadəçiləri qalıq bonusların dəyişdirilməsi funksiyasından
– “Çevir” xidmətindən yararlana bilirlər. Belə ki, “Nar” abunəçiləri dəqiqələri meqabaytlara
və ya əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahibdirlər.
Abunəçilərin istək və tələblərini hər zaman nəzərə alan “Nar”, 6 müxtəlif “Full” paketi
təqdim edir. Qeyd edək bu təkliflər arasında abunəçilərin ən çox sifariş etdiyi paket -
içərisində 300 ölkədaxili dəqiqə və 1.5 GB internet olan “Full 9” paketidir.
“Full” paketləri haqqında ətraflı məlumatı http://www.nar.az/full internet səhifəsindən
öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir
və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI