PARADOKS

AKTUAL

Metropoliten güclü qar və şaxtaya da tam hazırdır

17-01-2019, 21:34
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 46

Metropoliten güclü qar və şaxtaya da tam hazırdır

Heç bir hava şəraiti qatarların hərəkətinə mane ola bilməz

Hər bir sahə öz işini ilin, fəslin xüsusiyyətlərinə uyğun şəkildə qurur. Fəaliyyəti, əsasən, yerin
altı ilə əlaqədar olan metropoliten üçün də bu məsələdə istisna yoxdur. Hər bir hava şəraiti
yeraltı yolların özünəməxsus iqlim mühitini, qatarların normal işini təmin edən şərtlər tələb edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanvar ayının 17-dən 18-nə kimi şiddətli şimal-qərb
küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-sı açıq hava şəraitində olan
bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görmüş "Bakı Metropoliteni" QSC həmçinin güclü
qar və şaxtalı hava şəraitinə tam hazırdır.
Ümumiyyətlə, metroda qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin
edilməsində ən böyük problemləri qış fəsli özünün qarlı-çovğunlu günləri ilə yarada bilir. Ən
böyük çətinliklər isə qatarların depodan xəttə verilməsi ilə bağlı olur. Elə buna görə də
metropoliten ataların “Qışa yaydan hazırlaş” tövsiyəsinə əməl edir.
Hər il iyun-iyul aylarından “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plana
uyğun olaraq işə başlayırlar. Əmrdə bütün xidmətlər tərəfindən yerinə yetirilməli işlər, tədbirlər,
onların miqyası və məzmunu tam əhatəli və konkret göstərilir, hər bir sahə üzrə vəzifələr
müəyyənləşdirilməklə tapşırıqların icra müddəti qeyd olunur.
Hazırlıq tədbirlərinin əsas hissəsi daha çox yol təsərrüfatına aid olur. Qışın şiddətli, çovğunlu-
qarlı günlərində qatarların hərəkəti üçün mane açıq səma altında olan park yollarında yarana
bilər. Belə şəraitdə yollara, xüsusən yolayırıcı qurğulara, qarın çökməsinə imkan vermək olmaz.
Əks halda bu qurğuların işində nasazlıq qaçılmaz və depodan yeraltı yollara qatar vermək
mümkünsüz olar.
Hər il olduğu kimi, yol işçiləri qışa hazırlıq üzrə planda nəzərdə tutulmuş işləri payızın ilk
ayında başa vurublar. Bununla əlaqədar qarla mübarizə işinin operativ planının hazırlanması, yol
sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlərlə komplektləşdirilməsi, bu sahələrdə birinci
dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar
verilib.
Qarla mübarizə qərargahının xidməti, məişət və yuyunma otaqlarının qışa hazırlığını təmin
etmək məqsədi ilə lazımi təmir işləri aparılıb, qərargah normaya uyğun materiallarla,
avadanlıqlarla və alətlərlə təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi
mühafizə vasitələri alınıb.

Park yollarının ərazisi yoxlanılıb, yollar, yolayırıcı qurğular və üfürücü qurğuların yerləşdiyi
yerlər təmizlənib. Yol sahələrində çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti
yoxlanılıb, işə yararsız alətlər təmir olunub.
Yol xidmətinin qəza-bərpa məntəqəsinin də vəziyyəti yoxlanılıb, qış şəraitinə tam uyğun olması
təsdiq edilib. Qarın yığılması üçün tələb olunan alətlər saz vəziyyətdədir. Depo və park
yollarında izolə qovşaqlarının vəziyyəti daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir.
Ümumən, qışa hazırlıq məqsədilə park yollarında digər profilaktik işlər mütəmadi yerinə
yetirilir.
Qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, stansiyalarda da hazırlıq tədbirləri görülüb.
Güclü qar yağıntısı zamanı stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət
ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz var. Stansiya
heyətinin əlverişsiz hava şəraitində, xüsusən qar yağıntısı zamanı fəaliyyəti barədə işçilərə
təlimatlar verilib. Onlar belə hava şəraitində stansiya pilləkənlərini nəzarət altında saxlamalı,
sərnişinlərin hərəkəti ücün təhlükə yarada biləcək maneələri aradan qaldırmalı, şiddətli qar
yağıntısı zamanı qarla mübarizə qərərgahından həmin stansiyaya təhkim olunmuş işçiləri dəvət
etməlidirlər.
Bütün işlər bir daha göstərir ki, metropoliten istənilən hava şəraitində öz iş ahəngini saxlamaq
gücündədir.Metropoliten güclü qar və şaxtaya da tam hazırdır


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI