PARADOKS

AKTUAL

“Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14-01-2019, 20:41
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 53


Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın korporativ müştərilərinin sayı ildən-ilə
artmaqdadır. Son 1 ildə mobil operatorun korporativ müştərilərinin sayı 30% yüksəlib.
Hər bir abunəçisinə xüsusi diqqət göstərən “Nar”, korporativ müştəriləri ilə mütəmadi görüşlər
keçirir. Görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni
imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsidir. Növbəti dəfə “Nar” 100-ə
yaxın şirkətdən 250-yə qədər korporativ müştərisinin iştirakı ilə “Cinema Plus” kinoteatrının “Nar”
zalında yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib
müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.
Qeyd edək ki, biznes tərəfdaşlarının sayını sürətlə artıran “Nar” daha sərfəli şərtlərlə əməkdaşlıq
təklif edir. “Nar” korporativ müştərisi olmaqla, sahibkarlar öz biznes tələblərinə uyğun olan
təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər.
Belə ki, korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə
edə bilərlər. Smartfonu əldə etmək üçün 1 “Nar” nömrəsinin korporativ tarifdə olması kifayətdir.
Korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələri əlavə edilir. Sözügedən tariflər
aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur. İnternetdən daimi istifadə edən iş adamları
isə “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi
endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər.
Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı
vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və
ya fiziki şəxslər yararlana bilərlər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə
ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə
əsaslanıb.
 “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır
 “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır
 “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI