PARADOKS

AKTUAL

“Xətai stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb Yenidənqurma işləri planlaşdırılmış qaydada davam edir

25-12-2018, 21:18
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 88

Sentyabrın 27-də “Xətai" stansiyasınında 50 illik istismar müddətini başa vurmuş
eskalatorların yeniləri ilə əvəz olunması prosesi əvvəlcədən müəyyən olunmuş
qrafikə uyğun qaydada davam etdirilir. Artıq hər 3 avadanlığın tam sökülərək
stansiyadan çıxarılması başa çatdırılıb. Lakin bu, köhnə eskalatorlarla bağlı işlərin
tam həll olunması və yenilərinin dərhal quraşdırılmağa başlaması demək deyil.
Eskalatorların nəhəng fundamentinin söküntüsü ağır və vaxt aparan işdir. Söküntü
işlərinin növbəti mərhələsində planlaşdırılmış bu tədbirlər qarşıdakı bir ay ərzində
başa vurulacaq və həmin sahəsinin yeni eskalatorların quraşdırma tələblərinə
uyğunlaşdırılmasına başlanılacaq.
Qeyd edək ki, burada sökülmüş "LT-2" tipli 3 esklatorun əvəzinə Almaniyanın
"Thyssen Krupp" şirkətinin "Victoria Tube" tipli 4 eskalatoru quraşdırılacaq.
"Xətai" stansiyası dərin özüllü və ən əsası, bir giriş-çıxışlı olduğundan, 4
eskalatorun quraşdırılması sərnişinlərin təhlükəsizliyini gücləndirməyə və onların
daha rahat hərəkətini təmin etməyə mkan verəcək. Onu da xatırladaq ki, buna
qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri
çərçivəsində 3 köhnə eskalator 4 ədəd yeni nəsil analoqu ilə əvəzlənmişdi.
Esklatorların yenilənməsi ilə əlaqədar, sərnişinlərin giriş-çıxışan bağlanmış
stansiyada əsaslı təmir və yeknilənqurma işləri də davam etdirilir. Burada hazırda
eskalatorun dartı kamerası 4 müasir eskalatorun texniki quraşdırma tələblərinə
uyğunlaşdırılır. Burada və həmçinin demontaj kamerasında eyni zamanda,
dayaqlar gücləndirilir, beton örtük bərpa edilir.
Eskalatorla bağlı ən əhəmiyyətli və təhlükəsizlik baxımından xüsusi diqqət tələb
edən digər məsələ maili gedişin beton pillələrinin sökülməsi idi. 140 m
uzunluğunda olan enişdə söküntü işləri yüksək təhlükəsizlik tədbirlərintn tətbiq
edilməsi sayəsində uğurla başa çatdırılıb.
Stansiyanın yerüstü vestibülündə də işlər davam edir. Burada üzlük daşlarının
sökülməsi başa çatdırılıb. Bünəvrənin gücləndirilməsinə, eləcə də binanın damında
izolyasiya işlərinin başlanmasına üzrə hazırlıq tədbirləri başlanıb.
Qarşıdakı müddət ərzində vestibülün memarlıq baxımından əhəmiyyət kəsb dən
şəbəkələrinin və Şah İsmayıl Xətaiyə həsr olunmuş ədəbi kompozisiyasının bərpa
olunması da nəzərdə tutulub.
Bununla yanaşı, stansiyanın birinci baş yolunun əsaslı təmir olunması işləri də
davam etdirilir. Hazırda tavanda suaxarların yönləndirilməsi məqsədilə xüsusi
örtüyün vurulması və işıqlandırma konstruksiyasının karkasının qurulması işləri
başa çatmaq üzrədir. Bununla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzilinin ikinci
yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da uğurla aparılır.

“Xətai stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb Yenidənqurma işləri planlaşdırılmış qaydada davam edir
“Xətai stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb Yenidənqurma işləri planlaşdırılmış qaydada davam edir
“Xətai stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb Yenidənqurma işləri planlaşdırılmış qaydada davam edir
“Xətai stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb Yenidənqurma işləri planlaşdırılmış qaydada davam edir
“Xətai stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb Yenidənqurma işləri planlaşdırılmış qaydada davam edir


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI