PARADOKS

AKTUAL

“Nar”-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya!

25-12-2018, 21:12
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 145


“Nar” Yeni ilə yeni smartfonla başlamaq istəyən abunəçilər üçün xüsusi kampaniyaya başlayıb.
Dekabrın 24-dən yanvarın 4-nə kimi From.ae/nar səhifəsindən 4G smartfonu alan hər bir “Nar”
istifadəçisi 10 GB-dək internet paketi və pulsuz çatdırılma əldə edəcək. Bu kampaniyaya qoşulmaqla
abunəçilər yeni telefon əldə etməklə yanaşı, ölkənin ən geniş şəbəkələrindən birinə malik olan
“Nar”-ın sürətli 4G internetindən yararlana biləcəklər. Bunun üçün yuxarıda qeyd edilən saytın
səhifəsindən 4G smartfonunun sifarişindən sonra qeyd edilən “Nar” nömrəsinin promo kodu təqdim
olunacaq. Bu promo kodu SMS vasitəsilə 4565 qısa nömrəsinə göndərməklə aktiv internet paketinə
uyğun 4G internet bonusu hədiyyə ediləcək.
Qeyd edək ki, internet paketi 15 gün ərzində aktiv olacaq. Kampaniya haqqında daha ətraflı məlumatı
nar.az saytından əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 “Nar”-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya!


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI