PARADOKS

AKTUAL

“Müştərinin tələblərinə uyğun təkliflərin hazırlanması “Nar”-ın əsas strategiyasıdır” – Baş icraçı direktor Qunnar Panke

20-12-2018, 20:29
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 97

“Müştərinin tələblərinə uyğun təkliflərin hazırlanması “Nar”-ın əsas  strategiyasıdır” – Baş icraçı direktor Qunnar Panke

“Nar”-ın növbəti il üçün qarşısına qoyduğu əsas məqsədlərdən biri müştərilərin tələblərinə
uyğun təkliflərin hazırlanması, müştərilərə ən sürətli internet təklif etmək üçün həcmi
artırmaq, eyni zamanda bölgələrdə 4G şəbəkəsinin əhatə dairəsini daha da genişləndirməkdir”.
Bunu “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke İctimai TV-yə geniş müsahibəsində
deyib. O, bundan sonra da “Nar”-ın bütün təkliflərinin müştərilərin arzu və istəklərinə
əsaslanacağını bildirib: “Bu o deməkdir ki, daha sərfəli paketlər, xüsusilə də internet paketləri
təklif edəcəyik. Məsələn, müştərilərə təklif edəcəyimiz internet paketinin köməyilə onlar daha
sürətli internet çıxışına sahib olacaqlar. Təqdim etdiyimiz xidmətlərin abunəçilər, müştərilər
üçün əlçatan olması ümumi strategiyamızın ən müsbət cəhətlərindəndir. Şəbəkə səviyyəsi,
qiymətlərin münasib olması “miqyasdan qənaətə” səbəb olduğu üçün növbəti dəfə sərmayə
qoymaq imkanımız olur. Bunu elə etmək lazımdır ki, müştərilər tələblərini nəzərə aldığımızı
hiss etsinlər”.
Qunnar Panke əlavə edib ki, istifadəçi sayını, həcmini artırmaq üçün xidmətlər əlçatan olmalıdır.
Buna görə də “Nar”-ın bazar strategiyasının üçüncü sütunu “yaxşı müştəri” və “uyğun təklif
paketləri”ndən ibarətdir. 2018-ci il ərzində quraşdırılan baza stansiyaları barədə də ətraflı
məlumat verən Qunnar Panke vurğulayıb ki, mobil operatorun əsas strategiyalarından biri
Azərbaycanın ən ucqar kəndlərini də şəbəkə ilə təmin etməkdir.
Qeyd edək ki, baş icraçı direktor Qunnar Panke müsahibəsində “Nar”-ın qarşıda duran
məqsədləri, yeni məhsulları, şəbəkəsini daha da genişləndirməsi istiqamətindəki planları,
mobil operatorun ən yeni texnologiyalarının bölgələrdə istifadəsi, eyni zamanda Azərbaycanın
telekommunikasiya bazarında rəqabət mühiti barədə ərtaflı danışıb. Müsahibənin tam videosuna
aşağıdakı keçiddə baxmaq olar:
https://www.youtube.com/watch?v=suHYE5EzLS0&feature=youtu.be
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin
97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə
2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI