PARADOKS

AKTUAL

“Nar” mətbuat nümayəndələrini bir araya topladı

17-12-2018, 22:01
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 68

 “Nar” mətbuat nümayəndələrini bir araya topladı
 “Nar” mətbuat nümayəndələrini bir araya topladı
 “Nar” mətbuat nümayəndələrini bir araya topladı
 “Nar” mətbuat nümayəndələrini bir araya topladı

“Nar” qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
mətbuat nümayəndələrini bir araya toplayıb və onlar üçün növbəti dəfə əyləncəli bilik yarışması
təşkil edib. Tədbirdə 55-dən çox media orqanını təmsil edən 100-ə qədər jurnalist iştirak edib.
Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mədəniyyətinə, tarixinə aid müxtəlf suallar
təqdim olunub.
“Azerfon” MMC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov media
nümayəndələrini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü
münasibətilə təbrik edib və bildirib ki, “Nar” mediaya yönəlmiş layihələrini növbəti il də
reallaşdıracaq.
2 saatdan çox davam edən bilik yarışmasında 18 komanda iştirak edib. “Sophianın Azərbaycandakı
dostları” komandası 1-ci, “Yeni Müsavat” komandası 2-ci, “Komandos” komandası isə 3-cü yeri tutublar.
Qalib komandalar “Nar”-dan xüsusi hədiyyələr qazanıblar. Bundan başqa, tədbir zamanı xüsusi
əyləncəli müsabiqələr keçirilib və qaliblərə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları
dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy
göstərir, maariflənməni təşviq edir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI