PARADOKS

AKTUAL

“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir

17-12-2018, 21:40
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 140

“Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək məqsədilə gənclərə
dəstək olub. Mobil operator Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan 1-ci Karyera
Sərgisində iştirak edib. Gənclərin karyera qurmalarına dəstək məqsədilə keçirilən sərgidə “Nar”
biznesin təhlili üzrə mütəxəssis, media əlaqələri üzrə mütəxəssis, eyni zamanda məhsulların inkişaf
etdirilməsi üzrə aparıcı mütəxəssis və korporativ satış üzrə mütəxəssis vəzifələrinə sənəd qəbulu
təşkil edib. Dekabrın 14-ü keçirilən sərgidə Azerfon MMC (“Nar” ticarət nişanı) ilə yanaşı, 70-dən çox
şirkət iştirk edib. 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük
olub.
Qeyd edək ki, sərgi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə “Karyerada ilk addım”
şüarı altında keçirilib. Sərginin keçirilməsinin əsas məqsədi gənclərin məşğulluğunun artırılması, iş
təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə
onların iş imkanlarını genişləndirməkdir.
Qeyd edək ki, gənclərə dəstək “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas
istiqamətlərindən biridir. “Nar” AzTU ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün “Mobil
rabitənin əsasları” mövzusunda təlimlər keçirib. 2016-ci ildə Azərbaycan Texniki Universiteti ilə
imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən universitetdə “Nar” GSM laboratoriyası yaradılıb.
Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada tələbələr mobil rabitə
üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanırlar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 “Nar” tələbələr üçün yeni iş imkanları təklif edir


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI