PARADOKS

AKTUAL

“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!

14-12-2018, 15:17
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 47


Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksəksürətli internetə çıxış imkanı verən “Nar
MiFi” paketini təqdim edir. “Nar MiFİ” paketinə aylıq 30 GB olmaqla 6 aya qədər yüksəksürətli
internet və daşınabilən MiFi cihazı daxildir. “Nar MiFi” paketinin ilkin qiyməti 120 AZN təşkil edir.
Paketin daxilindəki pulsuz internet bitdikdən sonra, abunəçilər aylıq 20 AZN ödəməklə, 30 GB
internet əldə edəcəklər.
“Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olacaq və sərfəli qiymətə
yüksək sürətli internetə çıxış əldə edəcək. Eyni zamanda, istifadəçinin interneti dostları və yaxınları
ilə asanlıqla paylaşması mümkün olacaq. Portativ cihazı abunəçi rahat quraşdıra bilər və SİM kartı və
batareyanı cihaza daxil etməklə, internet aktiv olacaq. “Nar MiFi” cihazının ölçüsünün kiçik və yüngül
olması onu asanlıqla istənilən yerə aparmağa imkan verir.
Qeyd edək ki, 3G və 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edən “Nar” hazırda
ölkədə ən geniş şəbəkələrindən birinə malikdir. “Nar MiFi” cihazını abunəçi istənilən “Nar” satış və
xidmət mərkəzləri və ya diler mağazalarından əldə edə bilər. “Nar MiFi” haqqında daha ətraflı
məlumatı nar.az saytından əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-ni əhatə edir və 7300-
dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI