PARADOKS

AKTUAL

Ənənəvi spartakiada başa çatıb Fərqlənənlərə mükafatlar təqdim edilib

6-12-2018, 05:05
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 35

“Nərimanov” elektrik deposunda Metropoliten İşçiləri Həmkarlar İttifaqının
təşkilatçılığı ilə keçirilən ənənəvi spartakiada başa çatıb. Yarışlar 6 idman növü
– şahmat, dama, stolüstü tennis, nərd, voleybol və mini futbol üzrə təşkil edilib.
Şahmatçıların zəka döyüşündə elektrik təchizatı xidmətinin elektrik mexaniki
Ayaz Qocayev, damaçılar arasında tunel qurğuları xidmətinin rəngsazı Ramil
Salahov, stolüstü tennis turnirində elektromexanika xidmətindən mühəndis
texniki qurğular dispetçeri Fərhad Məmmədov, nərd ustalarının döyüşündə
hərəkət xidməti stansiya rəisinin müavini Telman Vəliyev, voleybol
komandalarının final yarışında dəmir yolunun tikintisi və əsaslı təmiri
dəstəsinin komandası 1-ci yerə çıxıb.
Mini futbol turnirinin həlledici matçlarına da yekun vurulub. Depolar üzrə iş və
hərəkət qatarlarının istismarı üzrə iş departamentlərinin işçilərindən ibarət
kollektiv rəqib komandaları geridə qoyaraq qalib olub.
Ümumi komanda hesabında depolar üzrə iş və hərəkət qatarlarının istismarı
üzrə iş departamentlərinin kollektivi yarışın qalibi olub.
İştirakçılarının sırasının ildən-ilə genişləndiyi spartakiadada 206 idmançı
qüvvəsini sınayıb.
MİHİ-nin yarışların yekununa həsr olunmuş yığıncağında spartakiadanın qalib
və mükafatçıları ilə görüş keçirilib. "Əsas iştirakdır" olimpiya devizini
xatırladaraq, kollektivdə sağlam mühitin formalaşmasında idman yarışlarının da
özünəməxsus rolunu qeyd edən MİHİ sədri Arif Mərdanov bütün yarış
iştirakçılarını təbrik edərək mükafatları təqdim edib.

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI