PARADOKS

AKTUAL

Nərimanov elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

13-11-2018, 11:25
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 70

Nümunəvi vaqonlar əmək məhsuldarlığını artıracaq

"Bakı Metropoliteni" QSC-nin "Nərimanov" elektrik deposunda aparılan
yenidənqurma işləri qatarların texniki-baxış qanovlarında davam etdirilir.
Ümumiyyətlə, son illərdə metropolitenin yeganə elektrik deposu texnoloji
cəhətdən sürətlə dəyişməkdədir. Buna qədər yeni nümunəvi anbar təsərrüfatı
sahəsi, elektrik yarımstansiyası, qatarların əsaslı təmiri sexi kimi əhəmiyyətli
sahələr yaradılıb. Yaxın gələcəkdə isə "Thales" şirkətinin iştirakı ilə işarəvermə
avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək. Yeni sistemlərin qoşulması
ilə dispetçer mərkəzləşmə məntəqəsinin tamamilə yeni əsaslarla qurulması işləri də
aparılır. Məntəqənin yerləşəcəyi binanın inşası artıq başa çatmaq üzrədir.
Belə mühüm işlər lokomotiv təsərrüfatında davamlı olaraq aparılır. Bu
mənada metropoliten tarixi üçün ən əhəmiyyətli yenilik əsas təmir işlərinin
aparıldığı 3 saylı cari təmir sexinin yenidənqurulması olub. Sex döşəməsindən
damına qədər müasir standartlar səviyyəsində əsaslı təmir olunaraq yenilənib,
əmək şəraiti optimal iş ardıcıllığına uyğun qurulub, işçilərin sosial-məişət şəraiti
yeni tələblər səviyyəsinə çatdırılıb, əl əməyini ən minimal həddə çatdıran yeni tipli
avadanlıqlar alınaraq quraşdırılıb.
İşlərin daha bir mərhələsi istismara verildiyi 50 ildən artıq vaxt ərzində əsaslı
təmir-bərpa işləri aparılmayan qatarlara texniki baxış sahəsi olan qanovlarda
davam etdirilir.
Qatarlara baxış və təmir işlərinin böyük hissəsinin vaqonaltı avadanlıqlarla
bağlı olduğunu nəzərə alsaq, yenidənqurma tədbirləri əmək şəraitinin
yaxşılaşdırılması istiqamətində daha bir əhəmiyyətli yenilik kimi diqqəti çəkir. Bu,
qatarların əsas dayanacaq yeri olan qanovlarda texniki baxış və təmirin
keyfiyyətində də özünü büruzə verəcək.
Yenidənqurma işləri çərçivəsində hər iki qanov bütün texniki şərtlər nəzərə
alınaraq, nümunələr üzrə təmir olunub. Əvvəlcə, qanov yolları sökülərək, müasir

tələblərə uyğun, beton əsas üzərində qurulub, yolun üst quruluşu elementləri
dəyişdirilib, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. İşlər
çərçivəsində elektrik xətləri dəyişdirilib, işıqlanma sistemi yenidən qurulub, suların
kənarlaşdırılması üçün drenaj sistemi quraşdırılıb. Qanovların döşəmələri, divarları
suvanıb rənglənib, ən əsası, onların hündürlüyü normativ göstəricilərə
uyğunlaşdırılıb. Qatarın ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində ilk
dəfə xüsusi mexanizm quraşdırılıb.
Artıq təmirdən çıxmış iki qanova nəzər salanda, gələcəkdə bu sahənin
görünüşünün də tamamilə dəyişəcəyi şübhə doğurmur. Hazırda təmir-abadlaşdırma
işləri növbəti 3 qanovda başlanıb.
Qanovlara giriş sahəsinin yol infrastrukturu da tamamilə yenidən qurulub.
Depo və park yollarının təyinatına uyğun olaraq, yol yatağı çınqıllı ballast bünövrə
üzərində qurulur və sonra dəmir-beton şpallar düzülür. Yolun üstquruluşu
avadanlıqları və təmas relsi yenilənir. Onu da əlavə edək ki, texniki-istismar
tələbləri, həmçinin iqtisadi və istehsalat səmərəsi nəzərə alınmaqla, deponun bütün
dəmir yollarında dəmir-beton konstruksiyalı bütöv şpalların tətbiqi nəzərdə tutulub.
Hazırda təmiri aparılan sahələrdə 2 mindən artıq şpal dəyişdirilib. Bu sırada
"Bakmil" stansiyasının, həmçinin inşası tamamlanmaq üzrə olan sınaq yollarında,
deponu Azərbaycan dəmiryolları ilə birləşdirən sahənin yollarında bu şpallar
qoyulub.

Nərimanov elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
Nərimanov elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
Nərimanov elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
Nərimanov elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
Nərimanov elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
Nərimanov elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI