PARADOKS

AKTUAL

Yeni sexdə əsaslı təmir olunmuş ilk qatar xəttə çıxıb Ölkə vaqonqayırma sənayesinin və elmi-praktik potensialın təməli olacaq layihə gerçəkləşir

6-11-2018, 15:58
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 163

Nərimanov elektrik deposu ərazisində istifadəyə verilmiş vaqonların əsaslı təmiri
sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb. Ən müasir standartlara uyğun
olaraq təchiz edilmiş bu sexdə qatarlar nəinki əsaslı şəkildə təmir olunur, həm də
modernləşdirilir. Bununla “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra reallaşan ən
böyük və tarixi layihələrdən biri həyata vəsiqə alıb. Bu isə vaqon parkının
sağlamlaşdırılması, istismar xərclərinin azaldılması, yeni iş yerlərinin açılması, yeni
tipli səriştəli kadrların hazırlanması kimi iqtisadi əhəmiyyətli məsələlərdə yüksək
səmərəyə nail olunması istiqamətində tarixi addım deməkdir.
Nəticədə, qatarlar görkəmini tamamilə dəyişir, ən əsası, onların hərəkət
təhlükəsizliyi artırılır, texniki xarakteristikası xeyli yaxşılaşdırılır, istismar və qulluq
prosesi asanlaşır, işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaranır.
Əsaslı təmir olunmuş qatarda diqqəti çəkən ilk mühüm yenilik baş vaqonların ön
hissəsinin dəyişdirilərək daha keyfiyyətli və zərbəyə davamlı kompozit materialdan
hazırlanmasıdır. Onun digər bir konstruktiv üstünlüyü isə maşinist kabinasını bir qədər
genişləndirməklə idarəetmə üçün daha rahat şəraitin yaradılmasıdır. İnformasiya
tabloları tam elektronlaşdırılmış, maşinist kabinasının güzgüləri daha funksional,
vaqonun ön şüşəsi daha etibarlı və keyfiyyətli, təbii şəraitin təsirlərinə davamlıdır.
Mühüm yeniliklərdən biri qatarın idarəetmə pultudur. Elektron əsaslı yeni
idarəetmə stansiyası, eləcə də əvvəlki rele sisteminin yeni nəsil analoqları ilə
əvəzlənməsi, yumruqcuqlu kontrollerin daha kiçik ölçülü təmassız maşinist kontrolleri
ilə əvəzlənməsi idarəetmə sistemini təkmilləşdirməklə, onu daha etibarlı, uzunömürlü
və müasir edib.
Vaqonlarda köhnə qovşaqlar yeni nəsil avadanlıqları ilə əvəzlənib. Yeniliklər
texnoloji baxımdan əhəmiyyətini itirmiş, istifadəsinə ehtiyac qalmayan bir sıra
qovşaqları tamamilə aradan çıxarıb.

Son illərdə istehsaldan çıxarılmış bir sıra detalların yeni nəsil nümunələri ilə
əvəzlənməsi qatarların istismar problemlərini azaldaraq, qatarın bir dövrlər xroniki
probleminə çevrilmiş xətdə qalmaq təhlükəsini aradan qaldırır. Bu mənada əhəmiyyətli
yeniliklərdən biri əvvəlki problemli reostat kontrollerində dəyişiklik edilərək, impulslu
addım mühərriki tətbiq edilməsidir. Tez-tez sıradan çıxdığına görə, mütəmadi təmir
edilən hava kompressorunun, pnevmatik xəttin kontaktor qutularının əvəzinə, Almaniya
və Rusiya istehsalı olan müasir və texniki xidmət tələb etməyən müvafiq avadanlıqlar
tətbiq edilib. Köhnə radiostansiyalar daha müasirləri ilə əvəzlənib və təhlükəsizlik
baxımından mühüm əhəmiyyət kəsb edən "dispetçer-maşinist" rabitəsini təkmilləşdirib.
Modernləşdirmə işləri çərçivəsində idarəetmə sxemində edilən daha 10-dan artıq
dəyişiklik nəticəsində qatarın hərəkətini təmin edən qovşaq və detalların sayı azaldılıb,
funksionallığı artırılıb. İşin miqyasına nümunə kimi vaqon intiqalının idarəetmə
naqillərinin 60 faizinin ixtisar edilməsi qeyd oluna bilər. Ən əsası, bu yeniliklər hazırda
istismarda olan və innovasiyalar baxımından ən yüksək - 4-cü nəslə məxsus vaqonlarda
tətbiq edilir. Bu xüsusda vaqonların sxemlərindəki nasazlıqlar barədə məlumatın
maşinist pultunda əksini tapması, maşinist kontrollerinin və SAT qurğusunun
komandalarının emal edilməsi, maşinist kontrollerinin diaqnostikası, yan qapılara ayrı-
ayrılıqda nəzarət edilməsi, nasazlıqların arxivləşdirilməsi, baş vaqonların dartı
intiqalının işi barədə məlumatın tam alınması və s. qeyd oluna bilər.
Ümumiyyətlə, sexin fəaliyyətə başlamasının əhəmiyyətli üstünlüyü təmir həcminin
ölkə xaricində deyil, məhz yerli şəraitdə təşkil edilməsidir. Çünki bununla küllü
miqdarda vəsaitə qənaət edilir. Uzaq keçmişdən ötən yaxın dövrlərə qədər əsaslı təmir
müddəti yetişən vaqonlar Moskva metropoliteninə, Moskva Elektrik Qatarlarının Təmiri
Zavoduna və onun Tbilisidəki filialına göndərilirdi. Sovet dönəmində bu məsələ vahid
mərkəzdən idarə olunduğundan asanlıqla həll edilirdi. Müstəqillik illərində vəziyyət
dəyişdi və dövlətlərarası münasibətlər müstəvisində özünə yer almaqla iqtisadi-siyasi
maraqlar, inhisarçılıq niyyətlərinin təsiri ilə üzləşirdi.
Yaranmış çətin durum 2014-cü ildə “Bakı Metropoliteni” QSC yaradılandan sonra
aradan qaldırılıb. Əvvəlcə pilot layihə kimi, 10 vaqon yerli şəraitdə qum şırnağı ilə
korroziyadan təmizlənərək rənglənib. 2015-ci ildə bu işlərə vaqon salonunun

yenilənməsi, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin
dəyişdirilməsi və havalandırma xəttinin təmizlənməsi əlavə olunub. Yeniləşmə
çərçivəsində 23 vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirildi,
vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi yenilənib. 15 vaqonun salonu müasir
və qənaətli LED işıqlanma sistemi ilə əvəzlənib. Vaqonların ön hissəsinin yeni dizaynı
isə modernləşdirmənin zahirən ən cəlbedici əlamətinə çevrilib.
Əldə olunan nailiyyətlər istehsal sahəsinin genişləndirilməsini tələb etdiyindən
yeni sexin inşası zərurətə çevrilmişdi və Bakı metropoliteninin 50 illik yubileyi
ərəfəsində sexin inşası başa çatdı.
Sexin illik istehsal gücü 20 vaqondur. Burada vaqonların sökülməsi,
quraşdırılması, qaynaq və dəmirçi işləri, antikorroziya tədbirlərinin görülməsi,
yuyulması, rənglənməsi üçün nəzərdə tutulan sahələr müasir texniki tələblər
səviyyəsində qurulub. Təmir prosesində vaqonlar müasir tələblərə uyğun
modernləşdirilir, yeni texnologiyalarla zənginləşdirilir. Bu proseslərin yerinə yetirilməsi
üçün sex hər bir şəraitlə, lazımi avadanlıq və ləvazimatla təmin olunub.
Bu günlərdə sexdə daha 5 vaqon üzərində iş başlayıb. Ötən qısa müddətdə əldə
olunan təcrübə bu vaqonlarda modernləşdirmənin daha geniş miqyasda tətbiqinə şərait
yaradıb. Bu isə istismara verilmiş yeni sahənin imkanlarının get-gedə genişlənəcəyindən
xəbər verir.

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI