PARADOKS

AKTUAL

“Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir

2-11-2018, 18:07
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 87

 “Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir
Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” korporativ müştərilərinin sayını ildən-ilə
arıtırır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, mobil operatorun korporativ müştərilərinin sayı
150% artıb.
“Nar” korporativ müştəriləri üçün yeni təklifləri təqdim edir. İndi “Nar”-ın korporativ müştərisi
olmaqla biznes sahibləri sərfəli şərtlərlə smartfon, 4G data modem və portativ internet daşıyıcısı
əldə edə bilər. Korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model
smartfon əldə edə biləcək. Smartfonu əldə etmək üçün 1 “Nar” nömrəsinin korporativ tarifdə olması
kifayətdir.
İnternetdən daimi istifadə edən iş adamları “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə
edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər.
“Nar”-ın portativ internet daşıyıcısı isə daimi ofisdən istifadə etməyən şirkətlər üçün cəlbedici
təklifdir. Belə ki, “WTTx” cihazı (“Wireless To The x”, tərc.: X nöqtəsilə naqilsiz əlaqə) vasitəsilə eyni
anda 32 cihaz “Nar” şəbəkəsinə qoşularaq internetdən istifadə edə bilər. “Nar” korporativ müştərisi
olmaqla, sahibkarlar öz biznes tələblərinə ən uyğun olan təkliflərdən yararlanmaqla yanaşı,
keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər.
Korporativ təkliflər həm yeni qoşulan, həm də mövcud korporativ müştərilər üçün nəzərdə tutulub.
Təklifə qoşulmaq və həmçinin, əlavə məlumat almaq üçün “Nar” nömrələrindən 777 qısa
nömrəsinə zəng edə və ya [email protected] elektron poçtuna yaza bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-
dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 2017-ci
ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng
xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI