PARADOKS

AKTUAL

“Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu və loyallığıdır

30-10-2018, 22:39
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 144

“Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu  və loyallığıdır

“Nar”-ın yenilənmiş “Çünki, daha çoxuna layiqsən” şüarı müştərilərə fərdi yanaşma və müştəri
yönümlü brend strategiyasını aydın şəkildə əks etdirir. Müştəri məmnuniyyəti və loyallığı “Nar” üçün
prioritet hədəf olaraq qalır. “Azerfon”un Marketinq üzrə direktoru Qəhrəman Kazımov fins.az portalına
geniş müsahibəsində bunu deyib. Məqsəd müştərilərin ehtiyaclarını qarşılamaq, keyfiyyətli xidmətlər
təklif etməklə onların gündəlik həyatlarında daha çox dəyər yaratmaq və etibarlı tərəfdaş olmaqdır.
“Nar”-ın məqsədlərindən biri müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir.
Q.Kazımov musahibə zamanı “Nar”-ın əldə etdiyi nailiyytələr barədə də ətraflı məlumat verib.
İnternet istifadəçilərinin sayı bu ilin 3 rübündə 29% artıb. Bu həm lokal, həm də qlobal bazarlarla
müqayisədə yüksək nəticədir. Bundan başqa, 4G istifadəçilərinin sayı 300 mini keçib. Bu isə 2.1
milyon müştəri bazası olan oparator üçün yüksək nəticədir. Bundan başqa, Q.Kazımov məlumat
verib ki, “Nar” müştəri məmnuniyyəti sahəsində də böyük nailiyyət əldə edib. Müştəri məmnuniyyəti
göstəriciləri bu ilin ikinci rübündə, keçən illə müqayisədə 35% artıb.
“Azerfon”un Marketinq üzrə direktoru “Nar”-ın gələcək planları barədə də məlumat verib. “Full”
paketlərinə bənzər paket təklifərinin say və çeşidinin artması gözlənilir. Gələcəkdə innovasiya
sahəsində bir sıra yeniliklər olacaq. Bunlardan biri, mobil maliyyə sahəsində olacaq yeniliklərdir.
Müştərilərə elektron balans və elektron nəzarət, yəni rəqəmsal nəzarət xidmətlərindən yararlanmaq
imkanı veriləcək.
Qəhman Kazımovun fins.az portalına müsahibəsində “Nar”-ın brendində və şüarında dəyişiklik
etməsinin məqsədi, müştərilərə vədləri, yenilənmiş brenddən abunəçilərin gözləntiləri, eyni
zamanda rəqabət mühitində “Nar”-ın bazardakı mövqeyi, güclü tərəfləri, “Nar”-ın gələcək planları və
hədəfləri barədə ərtaflı məlumat əldə etmək olar. Müsahibənin tam mətni ilə aşağıdakı keçid
vasitəsilə tanış olmaq olar: http://fins.az/musahibe/960767/nar-uchun-esas-prioritet-musteri-
memnunlugu-ve-loyalligidir.html


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI