PARADOKS

AKTUAL

Bakmil stansiyasında məhdudiyyət sabahdan müvəqqəti tətbiq olunmayacaq

29-10-2018, 22:04
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 134

Bakı Metropoliteni" QSC sərnişinlərinin nəzərinə çatdırır ki, təmir işləri ilə əlaqədar "Bakmil"
stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş
məhdudiyyət oktyabr ayının 30-dan MÜVƏQQƏTİ OLARAQ tətbiq edilməyəcək.
Qeyd edək ki, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri
dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Bu səbəbdən
sərnişinlərimizin təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın
fəaliyyəti qarşıdakı günlərdə adi qaydada təmin ediləcək.
Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun
olaraq, istifadə edə bilərlər.
Məhdudiyyət bərpa olunarkən, ictimaiyyətə əvvəlcədən geniş məlumat veriləcək.
Bakmil stansiyasında məhdudiyyət sabahdan müvəqqəti tətbiq olunmayacaq


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI