PARADOKS

AKTUAL

“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax

23-10-2018, 23:23
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 99

“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax
“Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq, onlayn TV -  “Nar TV”
tətbiqini təqdim edir. “Nar TV” tətbiqi vaxt və məkan sərhədi tanımır. Beləki, bundan
sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında sevdikləri TV kanallara
və verilişlərə rahat şəkildə baxa biləcəklər. “Nar TV” mobil telefonlarda və ya
tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər də daxil olmaqla, 100-ə qədər seçilmiş
yerli və regional televiziya kanallarına giriş imkanı verir.
“Nar TV” tətbiqini indi yükləməklə istifadəçilər 100-ə qədər kanala 1 ay ərzində
ödənişsiz baxa bilərlər. Abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı
yaradan “Nar TV” mobil tətbiqini “Google Play” - https://bax.nar.az/nartv-g və “App
store”-dan - https://bax.nar.az/nartv-i telefonlara və ya tabletlərə yükləməli, “Nar”
nömrəsindən istifadə edərək qeydiyyatdan keçilməlidir. “Nar TV”-nin digər üstünlüyü,
vaxtınız olmadıqda ötürdüyünüz proqramlara 12 saat ərzində baxmaq mümkünlüyüdür.
Aylıq abunə haqqı cəmi 3 AZN-dir. Abunəçilər “Nar TV”-yə “Nar”-ın 4G şəbəkəsindən
istifadə etməklə, tam keyfiyyətdə baxa bilərlər.
“Nar TV”-də valideyn nəzarət xidməti də mövcuddur. Bunun üçün xüsusi kanalları PİN
kod vasitəsilə məhdudlaşdırmaq olar. Qeyd edək ki, “Nar TV” xidməti “Uninet”-lə
əməkdaşlıq çərçivəsində təqdim edilir. “Nar TV”-nin digər üstünlükləri barədə daha
ərtaflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim
edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda
ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan
çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə
şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin
göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə
müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası
əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI