PARADOKS

AKTUAL

Maşinist peşəsi üzrə namizədlərin seçimi başa çatıb

10-10-2018, 00:24
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 522

 Maşinist peşəsi üzrə namizədlərin seçimi başa çatıb
 Maşinist peşəsi üzrə namizədlərin seçimi başa çatıb
 Maşinist peşəsi üzrə namizədlərin seçimi başa çatıb
 Maşinist peşəsi üzrə namizədlərin seçimi başa çatıb

Tədris prosesinin ilk mərhələsi 17 iddiaçı ilə başlanıb

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyətinin hərəkət qatarlarının maşinisti peşəsi üzrə
iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb. Seçim mərhələlərinə
qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub.
Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib.
İlk seçim mərhələsinə 170 nəfər dəvət edilib. Onlardan 127 nəfəri müsahibə mərhələsində
iştirak edib.
Qeyd edək ki, seçimin ilk mərhələsində iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsi,
dünya görüşü, həmçinin maşinist peşəsi ilə bağlı məlumatlılığı, ümumi psixoloji durumu
yoxlanılıb. Mərhələnin yekunlarını araşdıran mütəxəssislərdən ibarət komissiya 31 nəfəri əsas
seçim meyarlarına uyğun sayıb.
Seçimin ikinci mərhələsində 31 nəfərdən 28-i iştirak edib. 3 nəfər şəxsi istəyinə uyğun olaraq
ikinci tura qatılmayıb. Peşəkar mütəxəssislər tərəfindən aparılan psixoloji test mərhələsində 22
nəfərin əsas seçim standartlarına tam cavab verdiyi müəyyən olunub.
Seçimin üçüncü mərhələsi olan tibbi yoxlamalarda iştirak etməkdən 3 nəfər imtina edib, 19
nəfər isə peşə seçiminin bütün mərhələlərini uğurla keçsə də, sonradan bütün mərhələləri uğurla
keçmiş daha iki nəfər öz istəyi ilə təlim-tədris prosesinə qatılmayıb.
Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı
iştirak edəcək. Onlardan biri qadındır.
Onu da xüsusi qeyd etmək lazımdır ki, "Bakı Metropoliteni" QSC gender bərabərliyi prinsipini
əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə
imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində
onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək,
təlim-tədris prosesinə qatılıb.
Ümumiyyətlə, "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra kadrların hazırlanması və
ixtisasının artırılması, peşə hazırlığının yüksəldilməsi sahəsində mühüm tarixi yeniliklər həyata
keçirilib. Maşinist peşəsi üzrə elan edilmiş bu seçim prosesi metropoliten tarixində kadr
hazırlığına gətirilmiş daha bir yeni münasibət, fərqli yanaşma tərzi, novator yenilik
nümunəsidir. Səhmdar cəmiyyətin rəhbərliyi müasir texnologiyaların, ələlxüsus informasiya-
kommunkasiya texnologiyalarının vaqon istehsalı sahəsinə gətirdiyi yeni düşüncə tərzinə uyğun

olaraq, bu addımı ilə qabaqcıl dünya təcrübəsini metropolitenin daha bir sahəsində tətbiq
etməyə başlayır. Məhz bu səbəbdən maşinist peşəsinə yiyələnmək yeni dövrün tələblərinə
uyğunlaşdırılır. Bu novator ideya, ilk növbədə, maşinist peşəsinə yiyələnmək istəyənlərin
qarşısındakı sədləri, tarixən formalaşmış və günün nəbzini tutmayan süni maneələri aradan
qaldırmaqla yanaşı, daha geniş ixtisaslı kadr ordusuna meydan açır.
Buna qədər qatar maşinisti olmaq üçün müvafiq peşə təhsili almaq, daha sonra metropolitendə
işə düzələrək lokomotiv təsərrüfatı sahəsində, ən azı, bir il çilingər işləmək, daha sonra müvafiq
kurslarda bilikləri artırmaq, imtahan vermək tələb olunurdusa, indi bu qaydalara tamamilə yeni
baxış gətirilir.
Dünya təcrübəsinin örnəkləri əsasında təşkil edilən təlim-tədris prosesi 5-6 ay müddətinə
nəzərdə tutulub. Peşə üzrə hazırlıq prosesinin iştirakçıları hər iş günü ərzində müxtəlif nəzəri,
praktik təlimlərdə iştirak edərək, həm metropoliten infrastruktunu öyrənəcək, qatarların idarə
edilməsi, vəzifə və texniki istismar təlimatlarının mənimsənilməsi, təmir prosesinin əsas
müddəaları və maşinist peşəsi üçün vacib olan digər vacib tədris proqramını əhatə edən
kurslarda iştirak edəcək. Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq
hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.
Onu da əlavə edək ki, tədris prosesinin iştirakçılarına "Bakı Metropoliteni" QSC-nin təqaüdü
veriləcək.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI