PARADOKS

AKTUAL

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı 40% artıb

5-10-2018, 12:29
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 55

 “Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin  sayı 40% artıb
 “Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin  sayı 40% artıb

“Nar”-ın təqdim etdiyi “Full” paketlərinin istifadəçilərinin sayı sürətlə artmaqdadır. Sərfəli
qiymətə ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil
olduğu “Full” paketlərindən istifadə edən abunəçilərin sayı son 6 ay ərzində 40 % artıb.
Abunəçilərin istək və tələblərini hər zaman nəzərə alan “Nar” 6 müxtəlif “Full” paketi
təqdim edir. Qeyd edək bu təkliflər arasında abunəçilərin ən çox sifariş etdiyi paket -
içərinsində 300 ölkədaxili dəqiqə və 1.5 GB internet olan “Full 9” paketidir.
“Full” paketlərini sifariş edən “Nar” abunəçilərinə internet və dəqiqələri sərfəli qiymətə
əldə etməklə yanaşı, ay ərzində topladıqları bonusları növbəti aylara keçirə bilmək imkanı
verilir. Bundan əlavə, Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq “Full” paketlərinin
istifadəçiləri qalıq bonusların dəyişdirilməsi funksiyasından – “Exchange” xidmətindən
yararlana bilirlər. Beləki, “Nar” abunəçiləri dəqiqələri meqabaytlara və ya əksinə,
meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahibdirlər.
“Full” paketləri haqqında ətraflı məlumatı www.nar.az/full internet səhifəsindən öyrənmək
olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI