PARADOKS

AKTUAL

Sabahdan “Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır

5-10-2018, 12:23
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 80

Sabahdan “Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır

Bakmil stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində
oktyabr ayının 6-dan etibarən günün müəyyən saatlarında stansiyaya giriş-çıxış
müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Sərnişinlər 8:20-dən 17:00-a qədər
stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.
Məlumdur ki, bu məhdudiyyətlər 2018-ci il avqust ayının 8-dən mərhələlərlə tətbiq
edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin
təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb.
Qeyd edək ki, Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil”
stansiyasının uzunmüddətli istismarı dövründə köhnələrək müasir tələblərə cavab
verməyən avadanlıq və qurğularının yenilənməsi, həmçinin digər infrastrukturun
təmir-bərpası və yenidən qurulması günün zəruri tələbidir.
Günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat
vasitələrindən istifadə etmələri xahiş olunur. Onu da əlavə edək ki, Bakı Nəqliyyat
Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-
çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları
arasında avtobus marşrut xətti fəaliyyət göstərir.
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə
sərnişinlərdən üzr istəyir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI