PARADOKS

AKTUAL

“Nar”-dan autizmli uşaqlara dəstək

3-10-2018, 19:51
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 108

 “Nar”-dan autizmli uşaqlara dəstək
 “Nar”-dan autizmli uşaqlara dəstək
 “Nar”-dan autizmli uşaqlara dəstək
 “Nar”-dan autizmli uşaqlara dəstək

“Nar” əməkdaşları autizm spektr pozğunluqları ilə üzləşən uşaqların çalışdığı “Kashalata” kafe-
atelyenin qonağı oldu və uşaqlarla görüşdü. Autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək
olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli uşaqlar çalışır
və müştərilərə özləri xidmət göstərir. Mobil operatorun əməkdaşları xüsusi diqqət tələb edən
uşaqların çalışdığı kafe üçün zəruri olan avadanlıq hədiyyə etməklə yanaşı, kafenin müştərisi oldu.
Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla görüşdə “Azerfon” MMC-nin baş icraçı direktoru
Qunnar Panke də iştirak edib: ““Nar” üçün yükksəkkeyfiyyətli xidmətlə yanaşı, sosial layihələri
həyata keçirmək çox önəmlidir. Korporativ Sosial Məsuliyyət (KSM) strategiyamız çərçivəsində
cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqlara böyük məmuniyyət hissi ilə dəstək
oluruq. İnanırıq ki, bir çox biznes qurumları da bu təşəbbüsümüzə qoşulacaq”.
Qeyd edək ki, “Kashalata” kafe Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla işləyən "Birgə və
Sağlam"İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. Reabilitasiya mərkəzində 70-dən artıq xüsusi
qayğıya ehtiyacı olan autizmli uşaq var.
Autizmli uşaqlara dəstək “Nar”-ın KSM strategiyası çərçivəsində baş tutub. Mobil operatorun həyata
keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və
7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI