PARADOKS

AKTUAL

Metropolitende mulki mudafie

28-09-2018, 23:05
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 83

Bakı Metropoliteni QSC-də mülki müdafiə yüksək səviyyədə təşkil olunub
Bütün manqalar vəzifələrinin öhdəsindən gəlib

Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkil edilməsi, insanların
hazırlığının təmin olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin bütün
istehsalat sahələrində taktiki-təlim məşğələləri planlı şəkildə və mütəmadi keçirilir.
Tədbirlər planına uyğun olaraq, növbəti belə tədbir səhmdar cəmiyyətin idarə
aparatının da yerləşdiiyi texnoloji korpusunda baş tutub.
“Diqqət hamıya” komandası ilə birləşmiş dəstə manqaları dərhal öz funksional
vəzifələrini yerinə yetirməyə başlayıblar. Rabitəçilərdən, tibb məntəqəsi, lift
sahəsi, mühafizə xidmətinin işçilərindən, elektriklərdən, santexniklərdən ibarət
qruplar yaradılan qərargahdan idarə olunmaqla öz sahələrinə aid qurğu və
avadanlıqları yoxladıqdan sonra, binada çalışan işçilərin təxliyə prosesinə
qoşulublar.
Bütün proseslər müəyyən olunmuş qaydalara uyğun ardıcıllıqla və qısa müddətdə
başa çatdırılıb.
"Bakı Metropoliteni" QSC-nin mülki müdafiə qərargahının rəhbərliyi taktiki təlim
zamanı bütün birləşmiş dəstə manqalarının fəaliyyətini yüksək qiymətləndirib.Metropolitende mulki mudafie
Metropolitende mulki mudafie
Metropolitende mulki mudafie
Metropolitende mulki mudafie
Metropolitende mulki mudafie


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI