PARADOKS

AKTUAL

“Nar” yarım ilin hesabatını və yenilənmiş brendini təqdim etdi

28-09-2018, 22:54
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 78

“Nar” yarım ilin hesabatını və yenilənmiş  brendini təqdim etdi
“Nar” yarım ilin hesabatını və yenilənmiş  brendini təqdim etdi
“Nar” yarım ilin hesabatını və yenilənmiş  brendini təqdim etdi
“Nar” yarım ilin hesabatını və yenilənmiş  brendini təqdim etdi
“Nar” yarım ilin hesabatını və yenilənmiş  brendini təqdim etdi

“Nar” 2018-ci il üçün yarım ilin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, mobil operator bu dövr
ərzində bir çox göstəriciləri əhəmiyyətli dərəcədə artırmağa nail olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın aktiv abunəçi bazası 6% artaraq, 2,1 milyon nəfərə
çatıb. Abunəçi bazasının 56%-i paytaxt Bakının, 44%-i isə regionların payına düşür.
Şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən “Nar” il ərzində ölkə ərazisində
380 ədəd 4G, 118 ədəd 3G stansiyası qurub. İlin sonuna qədər daha 387 ədəd 4G, 29 ədəd 3G
baza stansiyası qurulacaq. Bununla da 2018-ci il üçün plamlaşdırılan 3G baza stansiyalarının sayı
2674, 4G baza stansiyalarının sayı isə 1706-ya çatdırılacaq. Aparılan şəbəkə işlərinin nəticəsi
olaraq, 37 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi
yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü
ilə müqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb.
“Nar” cari il üçün satış üzrə də yüksək nailiyyətlər əldə edib. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə pərakəndə satış üzrə 21%, səyyar satış komanadasının yaradılması ilə ucqar kənd və
ərazilərdə 77% artıma nail olub. Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran mobil
operator il ərzində 170-dən çox yeni korporativ şirkət cəlb edib. “Nar” korporativ müştəriləri üçün
yeni sərfəli xidmətlər (smartfon, 4G data modem və portativ internet daşıyıcısı) təklif edir.
“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke yarım ilin nəticələrini yüksək qiymətləndirib:
“Biz bu il öz mövqeyimizi bazarda daha da gücləndirmişik. İrihəcmli investisiyalar yatırmaqla,
şəbəkəmizi genişləndirdik, keyfiyyətimizi əhəmiyyətli dərəcədə artırdıq. Amma bununla yanaşı,
yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası siyasətinə sadiq qalırıq.
Tədbir zamanı “Nar”-ın yenilənmiş brendi, şüarı və reklam filmi təqdim olundu. Yenilənmiş
brendimiz müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır.
“Nar”-ın yeni - “Çünki daha çoxuna layiqsən!” şüarı məhz bu xüsusiyyətləri özündə birləşdirir və
abunəçilərə yönəlik strategiyanı özündə əks etdirir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI