PARADOKS

AKTUAL

“Nar” əmək yarmarkasında iştirak edib

27-09-2018, 22:45
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 77

“Nar” əmək yarmarkasında iştirak edib

“Nar” Odlar Yurdu Universitetində “Kariyerada ilk addım” devizi altında keçirilən əmək
yarmarkasında iştirak etdi. 50-dən çox şirkətin qatıldığı yarmarkada mobil operator
məhsulların inkişafı, kommersiya hasabatları, regional satış və digər vakant vəzifələrə
sənəd qəbulu təşkil edib. Bundan əlavə, stend ziyarətçiləri “Nar”-ın yay təcrübə
proqramlarında iştirak barədə məlumat əldə etdilər.
Sentyabrın 26-da keçirilmiş yarmarkada “Nar” stendinə maraq böyük olub. Gün ərzində
400-ə qədər adam stendi ziyarət edib. Yarmarka gənclərin əmək bazarına inteqrasiyası
məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidməti tərəfindən təşkil edilib.
Xatırladaq edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək
yarmarkasında “Nar” operatoru “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülüb.
Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az
internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza
stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI