PARADOKS

AKTUAL

“Nar”-dan tələbələrə təqaüd proqramı

21-09-2018, 19:29
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 41

“Nar”-dan tələbələrə təqaüd proqramı

Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsil və maariflənmənin
inkişafına xüsusi önəm verən “Nar” bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları
üçün əlavə stimul verməyə davam edir. Elm və təhsilin inkişafına dəstəyilə seçilən “Nar” bu il
Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində informasiya texnologiyaları və
informatika ixtisasları üzrə təhsil alan tələbələr üçün Təqaüd proqramı elan edib. Proqram
çərçivəsində 2018-2019-cu tədris ilində 5 tələbəyə aylıq təqaüd veriləcək. Təqaüd proqramı, ilkin
olaraq, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün
nəzərdə tutulub. Gələcəkdə digər bölgələr və paytaxt Bakı universitetlərinin tələbələri üçün də
aylıq təqaüdün verilməsi planlaşdırılır.
“Nar” təhsil və maariflənmənin inkişafına yönəlik KSM strategiyası çərçivəsində təhsil müəssisələri
və müvafiq qurumlarla tərəfdaşlıq münasibətləri qurur, tələbələr üçün həvəsləndirici aksiyalar
keçirir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. KSM
strategiyası çərçivəsində “Nar” həmçinin fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası
edilməsi istiqamətində müxtəlif uğurlu layihələr həyata keçirir.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək
mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-
dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci
ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng
xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI