PARADOKS

AKTUAL

“Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu

21-09-2018, 10:32
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 44

 “Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu

Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə
artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region İsmayıllı oldu. Bununla da
İsmayıllıda 2G, 3G, 4G baza stansiyalarının ümumi sayı 68-ə çatdı. Nəticədə İsmayıllı sakinləri
keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir.
Hazırda “Nar” 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və
ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil
operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon
mərkəzlərində də təqdim edir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 37 bölgə “Nar” 4G
şəbəkəsi ilə əhatə olunub. Hazırda ölkə ərazisində 1326 sayda 4G, 2645 sayda isə 3G baza
stansiyaları fəaliyyətdədir. Bununla da “Nar” abunəçilərinin böyük bir qismi yüksəksürətli internetə
çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil
internetdən daha çox istifadəsinə şərait yaradır.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza
stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş
mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin
göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil
beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə
müştəri təcrübəsinə əsaslanıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI