PARADOKS

AKTUAL

“Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq

20-09-2018, 10:46
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 105

 “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq
 “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq
 “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq
 “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq
 “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq
 “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq
Eskalatorların dəyişdirilməsinə və yenidənqurma tədbirlərinə sentyabrın 27-də
başlanılacaq

Bakı metropoliteninin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti
başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Həmçinin 50 illik
istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə
çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli,
ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.
Qeyd edək ki, "Xətai" stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun
sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri mərhələli şəkildə
həyata keçirilir. Təmirin 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış birinci mərhələsində
stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də “Xətai-Cəfər Cabbarlı” mənzilinin 1-ci yolu
müasir tələblər səviyyəsinə çatdırılıb.
Yenidənqurma işlərinin ikinci mərhələsi çərçivəsində "Xətai" stansiyasının 2-ci baş yolu və
“Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı təmir və
yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir. İstismar müddətini başa vuran
eskalatorların yenilənməsi, eləcə də vestibülün və digər infrastrukturun əsaslı təmir
olunması məhz bu mərhələnin davamı kimi nəzərdə tutulub.
Eskalatorların dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə cari ilin
fevral ayında başlanılıb, əsaslı təmir və yenidənqurma prosesinin qrafikə uyğun, keyfiyyətlə
yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanıb.
Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator
söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya
Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan,
quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi
gücləndirməyə imkan verəcək. Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil"
stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun
yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.
"Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də
aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit
örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun
təmir olunacaq.

Qarşıdakı müddət ərzində həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər
Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da
başa çatdırılacaq.
"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib.
Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Xətai”
stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq.
Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının
hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust
ayının 10-da başa çatdırılması nəzərdə tutulub.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa
əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın
ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və
digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi
ictimaiyyətə əlavə məlumat verəcək).

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI