PARADOKS

AKTUAL

“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20-09-2018, 10:38
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 56

“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı
“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı
Həmişə rəqəmsal kanallarda müsabiqələri və yarışları ilə fərqlənən “Nar”-ın 15 sentyabr – Bilik
günü münasibətilə keçirdiyi müsabiqə abunəçilər və sosial şəbəkə istifadəçilərinin rəğbəti ilə
qarşılandı. 15 – 17 sentyabr tarixləri arasında keçirilmiş müsabiqədə iştirak edənlər suallara cavab
verməklə həm məktəb illərini xatırladı, həm də internet bonusları və hədiyyələr qazandı.
https://www.nar.az/mekteb-illeri.html səhifəsində keçirilmiş müsabiqədə dörd min beş yüzdən çox
insan iştirak edib. İştirakçıların hamısı Nar tərəfindən internet bonusları ilə mükafatlandırıldı.
Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq hədiyyələr
verildi. Yarışda orta iştirak müddəti 6 dəqiqə 43 saniyə olub.
“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən
öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-
dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI