PARADOKS

AKTUAL

“Nar”-dan Bilik günü münasibətilə müsabiqə

15-09-2018, 12:56
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 159

“Nar”-dan Bilik günü münasibətilə müsabiqə
“Nar” 15 sentyabr – Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar” abunəçiləri internet
üzərindən keçirilən “Məktəb illərini yada sal” müsabiqəsində iştirak etməklə, həm öz biliklərini
sınaya, həm də qalib gələrək internet bonusları və hədiyyələr qazana bilərlər. Müsabiqə sentyabrın
14-ü saat 18:00-da başlayacaq və 16 sentyabr saat 23:59-da yekunlaşacaq.
“Nar”-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqəsində digər mobil operatorların abunəçiləri
də iştirak edə bilər. “Nar” abunəçisi müsabiqənin qalibi olduğu təqdirdə, 100 MB qazanacaq.
Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq xüsusi
hədiyyələr veriləcək.
Nəticələr 17 sentyabrda elan olunacaq və iştirakçılara elə həmin gün SMS göndəriləcək.
Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/mekteb-illeri.html
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-
dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI