PARADOKS

AKTUAL

“Nar”-dan 10 qəpiyə günlük internet paketi təklifi

14-09-2018, 07:26
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 165

“Nar”-dan 10 qəpiyə günlük internet paketi təklifi

“Nar” abunəçilərinə kiçik məbləğ ödəməklə sərfəli günlük internet təklif edir. Təklif edilən "Günü 10
qəpik" paketinə əsasən, hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək
mümkündür. Paketə qoşulmaq üçün “gunluk10” yazib 777 nömrəsinə SMS göndərmək və ya
*777#12#YES şifrəsini yığmaq lazımdır.
"Günlük 40 qəpik" paketi isə 40 qəpik ödəməklə 200 MB internet trafiki təklif edir. Paketə qoşulmaq
üçün “gunluk40” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#24#YES kodunu yığmaq
yetərlidir. Hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmək üçün isə "Günlük 59 qəpik" paketinə
qoşulmaq olar. Paket hər gün ölkədaxili zənglər üçün 25 dəqiqə və 100 MB internet təqdim edir.
Bununla da gündəlik mobil xərcləri nəzarət altında saxlamaq olar. Qoşulmaq üçün “gunluk59”
yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#59#YES kodunu yığmaq kifayətdir.
“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək
olar.  
“Nar” sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə
abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir. Gücləndirilmiş “Nar” şəbəkəsi
sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan “Nar” abunəçilərinin istəkləri
nəzərə alınaraq irəli sürülür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə
çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və
7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI