PARADOKS

AKTUAL

“Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi

12-09-2018, 10:43
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 43

 “Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi
“Nar” rominqdə olan abunəçilər üçün sərfəli təkliflər təqdim etməyə davam edir. Türkiyədə olan
“Nar” abunəçiləri əla qiymətə təqdim olunan “Tətil” internet paketlərindən yararlana bilirlər.
Bunun üçün, səfərə çıxarkən “Tətil” paketlərindən birini sifariş etmək kifayətdir.
Abunəçilərin istəklərini nəzərə alan “Nar” rominq internet paketlərini cəmi 2 AZN-dən başlayan
qiymətlərlə təqdim edir. 200 MB-lıq internet paketini aktivləşdirmək üçün *777#102#YES , 600
MB-lıq paket üçün isə *777#105#YES şifrəsini yığmaq kifayətdir. İnternet paketlərindən Türkiyə
ilə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Mərkəzi Asiya ölkələri, ABŞ, İran, İsraildə də yararlanmaq
mümkündür.
Şifariş edilən paketin daxili internet balansını yoxlamaq üçün  *777#20#YES  kodunu yığmaq
kifayətdir. “Tətil” paketlərinin istifadə müddəti 15 gündür. Nar.az saytına daxil olmaqla və ya
“Tətil" yazıb 777 nömrəsinə SMS göndərməklə paketlər haqqında ətraflı məlumat əldə etmək
olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə
şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi
üzrə Azərbaycanda ən yüksək nəticəyə nail olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI