PARADOKS

AKTUAL

"Pilot -İnşaat A " MTK - nın qanunsuz əməlləri (Foto-Video)

12-09-2018, 12:32
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 281

"Pilot -İnşaat A " MTK - nın qanunsuz əməlləri  (Foto-Video)
Redaksıyamıza daxil olan vətəndaş Abdullayev Fuad tərəfindən yazılmış şikayət məktubunda bildirilir ki, O, bu ilin aprel ayında Dövlət Əmlak Komitəsinin Hərraca cıxartdıgı Səməd Vurgun 69 - ünvanında yerləşən yaşayış binasının 80 kv -m olan zirzəmisini 50000 manat pul ödəyərək qanuni sahibinə cevrilmişdir. Dövlət Əmlak Komitəsi tərəfindən hərracdan aldıgı əmlaka verilən " Kupca" və texniki pasport Fuad Abdullayevin adına olsada O, bu əmlaka yiyələnə bilmir səbəb isə Səməd Vurgun 69 -da yerləşən binanı "Pilot-İnşaat A" MTK sökmüş və vətəndaşa məxsus olan yeri digər vətəndaşa satmışdır. Bizdə olan məlumata görə bu bina Nazirlər Kabinetinin sökülməsi nəzərdə tutulan binalar siyahısında olmaması və üstəlik sözügedən tikinti şirkəti haqqında Nazirlər Kabinetinin məlumatı belə yoxdur. Sakinlər öz növbəsində MTK-nın bildirişi əsasında Nazirlər Kabinetinə müraciət ediblər. Qurumdan isə onlara bildirilib ki, "müvafiq qərar sizin binaya aid deyil, mənzillərinizdən çıxmayın, sizi aldadırlar, sonradan ortada mənzilsiz qala bilərsiniz".

Binanın təməli 1970-ci ildə qoyulsa da, bina qəzalı vəziyyətdə deyil. Və sakinlərin heç bir zaman yaşadıqları binadan şikayətləri olmayıb. Bunu binanın fasadına baxanda da görmək mümkündür. Sözügedən binada 48 mənzil var və 200 nəfərdən çox sakin yaşayır. Lakin "Pilot -Inşaat A" MTK, Nazirlər Kabinetinin qərarına məhəl qoymayıb binanı sökmüşdür.




Ətraflı məlumatı vidonu izləyərkən biləcəksiniz.
Üzümüzü bu məsələ ilə baglı adiyyatı orqanlara tutub, xahiş edirik ki,Fuad Abdullayevin qanunu aldıgı əmlakını əldə etməsinə köməklik göstərəsiniz.





"Pilot -İnşaat A " MTK - nın qanunsuz əməlləri  (Foto-Video)
"Pilot -İnşaat A " MTK - nın qanunsuz əməlləri  (Foto-Video)
"Pilot -İnşaat A " MTK - nın qanunsuz əməlləri  (Foto-Video)
"Pilot -İnşaat A " MTK - nın qanunsuz əməlləri  (Foto-Video)
"Pilot -İnşaat A " MTK - nın qanunsuz əməlləri  (Foto-Video)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI