PARADOKS

AKTUAL

Krımda acınacaqlı durumda qalan azərbaycanlı - Ağsunun "ZAQS" İDARƏSİ NİYƏ SƏNƏD VERMİR? -VİDEO

9-09-2018, 11:06
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 302

Krımda acınacaqlı durumda qalan azərbaycanlı - Ağsunun "ZAQS" İDARƏSİ NİYƏ SƏNƏD VERMİR? -VİDEO
Krımda acınacaqlı durumda qalan azərbaycanlı - Ağsunun "ZAQS" İDARƏSİ NİYƏ SƏNƏD VERMİR? -VİDEO
Krımda acınacaqlı durumda qalan azərbaycanlı - Ağsunun "ZAQS" İDARƏSİ NİYƏ SƏNƏD VERMİR? -VİDEO
Krım Azərbaycanlıları milli-mədəni Muxtariyyatının sədr müavini Arifə Muxtarova özünün feysbuk səhifəsində əslən Ağsu rayon sakini olan şəxsin acınacaqlı durumunu əks etdirən video paylaşaraq həmin şəxsi müalicə etdirdiklərini bildirsə də, sənədlərinin olmaması səbəbindən xəstəxanada saxlamaq mümkün olmayıb.

Sozcu.az-ın xəbərinə görə, Arifə xanım bildirib ki, həmin şəxsin sənədlərinin qaydaya salınması üçün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinə və Nəzarət Koalisiyasına müraciət edib. Ağsu rayonunun "ZAQS" idarəsinə müraciət ünvanlasalar da, müsbət nəticə əldə edə bilməyiblər. Ağsu rayon "ZAQS" şöbəsinin müdiri deyib ki, həmin şəxsə doğum haqqında şəhadətnamə vermək üçün Ədiliyyə Nazirliyinə müraciət ediblər, ancaq ordan da müsbət cavab ala bilməyiblər.

Arifə xanım yazısında Ədiliyyə Nazirliyinə səslənib ki, "razılıq verin Ağsu rayon "ZAQS" şöbəsi doğum haqqında şəhadətnaməni bizə göndərsin, biz də işimizi bilək. Belə olmaz axı...! Biz burda Azərbaycanımızı necə də gözəl tanıtdırmışıq. İndi bu yazıq azərbaycanlını bu vəziyyətdə görüb bizə hansı qiyməti verəcəklər!?"

P.S. Sozcu.az saytı olaraq bu adamı tanıyan şəxslərdən xahiş edirik ki, yaxınlarına məlumat versinlər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI