PARADOKS

AKTUAL

“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

18-08-2018, 15:34
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 141

“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə “Nar”
yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış
genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası,
eləcə də Gəncə şəhəri ilə yanaşı, respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini
abunəçilərinin istifadəsinə təqdim edib. Belə ki, 2018-ci ilin ilk yeddi ayı ərzində respublikanın
35 bölgə mərkəzində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər.
Mobil operator Bakı, Abşeron və Gəncə istisna olmaqla, bölgə mərkəzlərindəki LTE baza
stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırmaqla regionlarda LTE texnologiyasının
tətbiqinin genişlənməsini davam etdirir. Yeni baza stansiyalarının istifadəyə verilməsi prosesi
Xaçmaz, Quba, Qusar, Lənkəran, Qəbələ, Şəki, Şabran, Salyan, Şirvan, Şəmkir, Mingəçevir və
digər bölgə mərkəzlərində daha intensiv surətdə həyata keçirilmişdir. Artıq ölkə ərazisindəki
“Nar” abunəçilərinin böyük əksəriyyəti mobil operatorun LTE şəbəkəsinin üstünlüklərindən
faydalana bilirlər. Bölgələrdəki “Nar” abunəçiləri mobil operatorun LTE texnologiyası ilə təmin
etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə
edirlər.
“Nar” bölgələrdəki şəbəkəsinin genişləndirilməsi istiqamətindəki işləri davam etdirir. Hazırda
genişləndirilmiş “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza
stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet
səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş
həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator
şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim etmişdir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI