PARADOKS

AKTUAL

"Bakmil" stansiyasından istifadə edən sərnişinlərin nəzərinə!

10-08-2018, 23:47
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 395

"Bakı Metropoliteni" QSC sərnişinlərin nəzərinə çatdırır ki, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət şənbə və bazar günləri (11-12 avqust tarixlərində) tətbiq edilməyəcək.

Sərnişinlərimiz qeyd edilən tarixlərdə "Bakmil" stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər.

Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı, müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 13-dən tətbiq ediləcək."Bakmil" stansiyasından istifadə edən sərnişinlərin nəzərinə!


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI