PARADOKS

AKTUAL

Ağstafa EŞ-nin rəisi jurnalisti hədələyir

1-08-2018, 23:36
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 383

Ağstafa EŞ-nin rəisi jurnalisti hədələyir

Ağstafa EŞ-nin rəisi jurnalisti hədələyir“Mediaxeberleri.az” saytının baş redaktoru Ələddin Kəsəmənli "Azərişıq" ASC-nin Qərb RETSİ- yə daxil olan Ağstafa EŞ-nin rəisi Vasif İmamverdiyev tərəfindən hədə-qorxuya, təzyiqlərə məruz qalıb.


Teref.az xəbər verir ki, bu barədə Ələddin Kəsəmənli saytımıza məlumat verib.

Jurnalist bildirib:

Ağstafada keçən həftənin sonunda baş vermiş qəza ilə bağlı, bəzi kəndlərdə işıqların fasilələrlə dəfələrlə yanıb-sönməsinə və "Azərışıq" ASC-nin sədrindən aldığı "Töhmətə"aydınlıq gətirmək üçün “Azərişıq” ASC-nin Qərb RETSİ- yə daxil olan Ağstafa EŞ-nin rəisi Vasif İmamverdiyevlə əlaqə saxladım. Məsələyə aydınlıq gətirmək üçün, verdiyim sualın cavabında hədələndim:
"Sənin başqa işin gücün yoxdur. Yazmısan da, artıq. Məni narahat etmə. Cavabını da alacaqsan".

Hər halda qəribə vəziyyət və suallar yaranır. İşıq sönəndə camaat bəs hara zəng vursun? Dərdini "Azərişıq"a necə çatdırsın? İşıq heç, bəs telefon əlaqəsini təmin etmək kimi sadə bir məsələnin həlli mümkün deyilmi?

Jurnalist məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI