PARADOKS

AKTUAL

Ağstafa Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyevin yalanı üzə çıxdı-FOTOFAKT

29-07-2018, 13:35
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 145

27.07.2018-ci il tarixində saytımızın email adresinə
Ağstafa Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyevin tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarəti təmin etmədiyinə və əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliyinin icrasına laqeyd münasibət göstərdiyi üçün "Töhmət" almasıyla bağlı məlumat daxil olmuşdu. Bununla bağlı Ağstafa Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyevlə əlaqə yardıb məlumatı dəqiqləşdirmək istəsək də, Vasif müəllim belə bir məlumatın yalan olduğunu təsdiqləmişdi.

Analoq.az olaraq biz həmən məlumatı saytımızda dərc etmədiyimizə görə 29.07.2018-ci il tarixində bir qrup Ağstafa rayon sakini yenidən mail ünvanımıza Vasif İmamverdiyevin "Töhmət" almasıyıa bağlı sənədin fotosunu yolladılar.

Onu da qeyd edək ki, 27.07.2018-ci il tarixində Vasif İmamverdiyevlə əlaqə saxlayan zaman Vasif müəllim jurnalist kimi məlumatı dəqiqləşdirdiyimizə görə bizimlə kobud rəftar edib və bu cür məlumatların jurnalistlərə heç bir aidiyyatı olmadığını qeyd edib.

Ölkə prezidenti cənab İlham Əliyev 20 iyul 2017-ci ildə jurnalistlər üçün nəzərdə tutulmuş binanın açılışında qeyd etmişdir ki, Qüsurlara yol verən dövlət məmurları, yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz.

Analoq.az olaraq bildirmək istəyirik ki,ölkədə olan söz və mətbuat azadlığını nəzərə alıb,bir mətbuat nümayəndəsi kimi ilk öncə bizə göndərilən məlumatı təsdiqləmək üçün Sizdən bu məlumatın dəqiqliyini öyrəndik. Siz isə jurnalistlə kobud rəftar etməyinizlə bərabər məmura yaraşmayan yalan danışdınız.

Hörmətli Vasif müəllim,bizə daxil digər bir məlumatda isə sizin Ağstafa rayon vətəndaşından rüşvət almağınızla bağlı səs yazısı var. Əminik ki, bu səs yazısını saytımızda yerləşdirsək gələcəkdə bizə bunun yalan olmadığını deməyəcəksiniz.

Sizin "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, cənab Baba Rzayev tərəfindən "Töhmət" almağınız bizim saytın gündəmi deyil. Amma yalan danışmaq və jurnalistlə kobud rəftar etməyiniz artıq saytın manşetində yer alan əsas xəbərlərdən biridir.

Ardı var...
Analoq.azAğstafa Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyevin yalanı üzə çıxdı-FOTOFAKT
Ağstafa Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyevin yalanı üzə çıxdı-FOTOFAKT


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI