PARADOKS

AKTUAL

“Nar” 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

29-07-2018, 13:18
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 128

“Nar” 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

“Azerfon” MMC (“Nar” ticarət nişanı) cari ilin ikinci rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən,
bu dövr ərzində şirkət ilk rübdə qeydə alınan yüksək artım dinamikasını ikinci rübdə də davam
etdirib.
Şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən “Nar” ölkə ərazisində 74 3G və
161 4G baza stansiyası quraraq və abunəçilərin istifadəsinə verib. Cari ilin ikinci rübü ərzində “Nar”
öz abunəçilərinə 5 yeni xidmət (“Exchange”, Pulsuz “WhatsApp”, Turbo düymə, Full paketi üçün
Rominq dəqiqələri və Əlavə dəqiqələr xidməti) təqdim edib, həmçinin 3 kampaniya (Respublika
günü, Ramazan və Həftəsonu kampaniyası) keçirib. Nəticədə, mobil operatorun abunəçi bazası
ötən ilin eyni rübü ilə müqayisədə 6% artıb. Hazırda “Nar” abunəçilərinin sayı 2,1 milyonu keçmişdir.
“Azerfon” MMC-nin Baş İcraçı Direktoru Qunnar Panke ikinci rübün nəticələrini belə şərh edib:
“İkinci rübdə göstərdiyimiz inkişaf dinamikasından çox razı qaldıq. Abunəçi bazası artımı, mobil
internetdən istifadənin paytaxt Bakıda və xüsusən regionlarda artması cari ilin 2-cü rübünün əsas
uğurlarıdır. İlin sonunadək biz bu artım tempini saxlamaq və daha yüksək göstəricilər əldə etmək
üçün çalışacağıq.”
Yeni istismara verilən “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet
xidməti nəticəsində “Nar” şəbəkəsində ölkə üzrə mobil data istifadəsi ötən ilin eyni dövrü ilə
müqayisədə 65% artıb. Bakı və Abşeron bölgəsində bu göstərici üzrə 60% artım müşahidə olunub.
Bölgələrdə isə inkişaf tendensiyası daha yüksək olub, bölgələr mobil data istifadəsi üzrə 67% artım
göstərərək paytaxt Bakını qabaqlayıb.
4G şəbəkəsinin genişləndirməsinə xüsusi diqqət yetirən “Nar” ölkənin daha 22 bölgəsində Ağdaş,
Daşkəsən, Gəncə, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Qax, Qazax, Qəbələ,
Salyan, Şabran, Şəki, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Yardımlı, Yevlax və Zaqatalada qurulub. 4G
şəbəkənin genişlənməsi sayəsində bölgələrdə smartfonlardan istifadə artıb.
Qeyd etmək lazımdır ki, qlobal trend olaraq səsli zənglərin həcmində müşahidə olunan azalma “Nar”
şəbəkəsinə təsir etməyib; ilk rübdə olduğu kimi, “Nar”-da ölkə üzrə səsli zənglərin həcmi ötən illə
müqayisədə dəyişməz olaraq qalmışdır.
Hazırda genişləndirilmiş “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza
stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə “Nar” zəng
xidmətlərinin keyfiyyətinin yüksəldərək “HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş
mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin
göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil

beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə
müştəri təcrübəsinə əsaslanmışdır.
“Nar” şəbəkəsi, eləcə də mobil operatorun yeni məhsul və kampaniyaları haqqında ətraflı nar.az
saytından öyrənə bilərsiniz.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI