PARADOKS

AKTUAL

“Nar” qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

21-06-2018, 02:06
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 110

 “Nar” qəbul imtahanlarında  700 bal toplamış abituriyentləri mükafatlandıracaq
“Nar” 2018-ci ildə də ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700
bal toplamış abituriyentləri xüsusi hədiyyələrlə mükafatlandırmaq niyyətindədir. Belə ki,
Azərbaycanın müxtəlif bölgələrini təmsil edən ilin ən uğurlu abituriyentlərinə “Nar” operatoru
adından dəyərli hədiyyələr təqdim ediləcək.
Bu məqsədlə, son qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra xüsusi bir tədbirin
keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, ötən il də 700 bal toplamış 15 tələbəni təntənəli
surətdə mükafatlandıran mobil operator artıq bu aksiyanı bir ənənə halına gətirib.
Təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə
oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil
operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də
Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata
keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar”
GSM laboratoriyası yaratıb, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı
nəticə göstərmiş tələbələrini mütəmadi olaraq xüsusi hədiyyələrə layiq görüb. Təhsil və
maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə
dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə müstəqil beynəlxalq şirkət
olan “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli
testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən
yüksək nəticəyə nail olmuşdur. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və
6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI