PARADOKS

AKTUAL

“Nar” korporativ tarif planlarını yeniləyərək daha sərfəli etdi

13-06-2018, 08:13
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 158

“Nar” korporativ tarif planlarını yeniləyərək daha sərfəli etdi

Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran “Nar” artıq daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir.
Belə ki, mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları artırıb.
Şəbəkədaxili və şəbəkəxarici danışıq dəqiqələrinin, həmçinin beynəlxalq zənglərin həcmi tarifdən asılı olaraq
25%-dən 85%-dək artırılıb. Daha bir yenilik korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq
dəqiqələrinin əlavə edilməsidir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur.
Korporativ tarif planlarına qoşulan abunəçilər istər səsli xidmətlər, istərsə də mobil internet üçün sərfəli
tariflərdən yararlanmaqla yanaşı, 24/7 rejimində çalışan xüsusi müştəri xidmətlərindən və yüksəkkeyfiyyətli
mobil şəbəkədən də istifadə edə biləcəklər.
Korporativ tərəfdaşlıq üçün 789 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı
vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki
şəxslər yararlana bilərlər.
Qeyd edək ki, “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-
dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil
operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs
keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice”
(High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən,
“Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI