PARADOKS

AKTUAL

“Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi

3-06-2018, 19:28
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 105

“Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi

“Nar” 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə növbəti sosial aksiyaya imza atdı. Hər il 1
iyun tarixində müxtəlif maraqlı layihələrlə ənənəvi olaraq uşaqları təbrik edən mobil operator bu il də
fərqli bir təşəbbüslə çıxış etdi. Belə ki, “Youtube” platformasındakı “Azərbaycan Xalq Nağılları”
kanalında Azərbaycan dilində böyük bir milli nağıl resursu yaradıldı. Səsləndirilmiş 60 milli nağıl
xüsusi tərtibatlı CD-lərə köçürüldü. Bu CD-lərdən ibarət kataloq Respublika Gözdən Əlillər
Kitabxanasına hədiyyə edildi.
Nağılların peşəkar studiyada səsləndirilməsi prosesinə “Belə-belə işlər” layihəsindəki uğurlu
fəaliyyəti və balacalara olan sonsuz sevgisi ilə fərqlənən Kəmalə Rövşən cəlb edildi. Uşaqlara nağıl
danışmağı çox sevən Kəmalə xanımın bu həvəsi “Nar” operatorunu belə bir faydalı aksiyaya imza
ataraq balacaları sevindirməyə ruhlandırdı. Prosesin əks olunduğu xüsusi video “Nar”-ın sosial
media səhifələrində ictimaiyyətə təqdim edildi.
Xatırladaq ki, elm, təhsil və uşaqlara qayğı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının
tərkib hissəsidir. Mobil operatorun KMS strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet
səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə
çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin
93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI