PARADOKS

AKTUAL

“Respublika günü”ndə “Nar”-dan bayraq aksiyası

29-05-2018, 21:05
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 270

“Respublika günü”ndə “Nar”-dan bayraq aksiyası
“Respublika günü”ndə “Nar”-dan bayraq aksiyası

Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən mobil operator “Nar” müstəqilliyimizin 100-cü ilində
Bakıda maraqlı aksiya keçirib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq, “Nar”
şəhər sakinlərinə dövlət bayrağının rəmzi olaraq üçrəngli lentlər hədiyyə etdi.
Aksiya yalnız şəhər mərkəzini deyil, Bakının müxtəlif bölgələrini də əhatə edib. Nar
əməkdaşlarının da iştirak etdiyi bayraq aksiyası şəhər sakinlərinin böyük marağına səbəb olub.
Aksiyadan hazırlanın xüsusi videonu isə “Nar”-ın rəsmi “Facebook” səhifəsindən
(fb.com/narofficial) və digər sosial səhifələrdən izləyə bilərsiniz.
Qeyd edək ki, dövlət müstəqilliyinin 100 illiyi ilə əlaqədar olaraq, “Nar” abunəçiləri üçün müxtəlif
kampaniyalar keçirir. Bu kampaniyalara qoşulmaqla abunəçilər "Nar"-dan pulsuz danışıq dəqiqələri
və mobil internet əldə edə bilərlər. Kampaniyalar haqqında məlumatları nar.az səhifəsindən əldə
bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-
ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən
şəbəkə olaraq tanınıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI