PARADOKS

AKTUAL

“Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

22-05-2018, 00:55
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 271

“Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini  mükafatlandırdı
“Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini  mükafatlandırdı
“Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini  mükafatlandırdı

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Heydər Əliyev Fondu, Təhsil nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və
“Nar” operatorunun sponsorluğu ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə
Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
12-ci Olimpiadanın yekunlarına əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers”
komandası 1-ci, ADA Universitetinin “ADA U1” komandası 2-ci, Bakı Dövlət Universitetinin “BSU1”
komandası 3-cü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Sharper” komandası isə 4-cü yeri tutub. Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla, eləcə də “Nar” operatorunun təqdim etdiyi qiymətli
hədiyyələrlə mükafatlandırılıblar.
İnformatika olimpiadasının məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma
sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından
seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Olimpiadaya dəstək göstərməkdə
“Nar”, özünün korporativ sosial məsuliyyət strategiyasına (KSM) uyğun olaraq, İKT sahəsində yerli
mütəxəssislərin yetişməsinə və İKT-nin gənclər arasında təbliğinə töhfə verir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ilk dəfə olaraq
3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda
ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan “P3 Communications”
tərəfindən keçirilmiş şəbəkə sınaqlarına əsasən “Nar” mobil zəng xidmətlərinin göstərilməsi üzrə
ölkədə ən yüksək nəticəyə nail olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI