PARADOKS

AKTUAL

“Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi

12-05-2018, 23:50
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 238

“Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi

“Nar” media nümayəndələri ilə ənənəvi görüşünü keçirdi. Çoxsaylı jurnalistlərin iştirak etdiyi görüşdə
mobil operatorun son nailiyyətləri, məhsul və xidmətləri, genişləndirilmiş şəbəkəsi və korporativ
sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində görülmüş işlər barədə geniş məlumat verildi.
Görüş zamanı, mobil internetdən istifadəçilərin sayına görə “Nar”-ın ən yüksək yüksək göstəriciyə
nail olduğu, mobil internetdən istifadənin həcmində Bakı və Abşeron yarımadasında 88%,
bölgələrdə isə 28% artımın müşahidə edildiyi, bir-birindən sərfəli və əlverişli kampaniya və təkliflərin
irəli sürüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı.
Görüşdə iştirak edən “Azerfon” şirkətinin baş icraçı direktoru Qunnar Panke jurnalistləri
salamlayaraq “Nar”-ın ən son uğur və nailiyyətləri barədə öz fikirlərini bölüşdü:
“Dinamik inkişaf sayəsində əldə etdiyimiz nailiyyətlər hər birimizi fərəhləndirir. Bu nəticələr mobil
rabitə şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, eləcə də təqdim etdiyimiz yenilikçi
xidmətlər və sərfəli qiymətlər sayəsində mümkün olmuşdur. “Nar” bundan sonra da yüksək inkişaf
tempi ilə qarşısına qoyduğu hədəflərə nail olmağa çalışacaq”, - deyə cənab Panke qeyd etdi.
Şəbəkənin daha da gücləndirilməsi istiqamətində atılmış addımlardan bəhs edərkən, 6500-dən çox
baza stansiyası ilə müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərildiyi, bölgələrin 4G (LTE) şəbəkəsi ilə
təmin edildiyi, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza
stansiyasının quraşdırıldığı, metro stansiyalarında LTE xidmətinin təmin edildiyi, “Formula
Azərbaycan qran-prisi” zamanı yarışların keçirildiyi ərazilərdə daha da gücləndirilmiş şəbəkənin
təmin edildiyi vurğulandı.
Qeyd edildi ki, 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” tərəfindən
keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar” şəbəkəsi mobil zəng
xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Abunəçilərin tələb və istəklərini hər zaman nəzərə alan “Nar” müxtəlif məhsul və təkliflər irəli
sürüb. Mobil operatorun təqdim etdiyi “Full” paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə
olaraq “yanmayan” bonuslar təcrübəsinə əsaslanır. “Qutu” təklifi isə özündə ev üçün fiber-optik
internet, rəqəmsal TV, mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim
edən və mobil internet xidmətlərini birləşdirən unikal təklifdir. Xüsusi olaraq bölgələr üçün
hazırlanmış “Yerlim” tarifindən yararlanmış abunəçilərin sayında 62% artım müşahidə edilib.
Bundan başqa, artıq “Nar”-ın bütün “Turbo” internet paketlərində “WhatsApp” pulsuzdur.

Mobil operator uğurlu biznes fəaliyyəti ilə yanaşı, sosial məsuliyyət və ictimai fəaliyyət məsələsinə
də xüsusi diqqətlə yanaşır. “Nar” özünün çoxşaxəli KSM strategiyası çərçivəsində Azərbaycan
Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş GSM laboratoriyasını tələbələrin
istifadəsinə açmış, “Microsoft Imagine Cup” müsabiqəsini dəstəkləməklə gənc istedadların üzə
çıxarılmasına töhfə vermiş, gənclərin sevimli “Brain Ring” intellektual müsabiqəsinə öz dəstəyini
davam etdirmiş və müxtəlif sosial aksiyalara imza atmışdır.
Bu il “Nar” yeni sosial layihə həyata keçirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü
münasibətilə Novruz bayramında cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmətdə
olan əsgərlərimizi bayram sovqatı ilə təbrik etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirliyi ilə
birgə təşkil edilmiş aksiyada əsgər valideynlərinin də iştirakı təmin edilmiş və bu sürpriz vətən
keşikçilərində əsl bayram əhval-ruhiyyəsi yaratmışdır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə
çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI