PARADOKS

AKTUAL

“Nar” ilə “WhatsApp” artıq pulsuzdur

10-05-2018, 22:58
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 324

“Nar” ilə “WhatsApp” artıq pulsuzdur

4 may 2018-ci il tarixindən etibarən, artıq “Nar”-ın bütün yeni aktivləşmiş “Turbo” internet
paketlərində “WhatsApp” pulsuzdur. Bununla da, “Turbo” istifadəçiləri paketin istifadə müddəti
bitənədək “WhatsApp” vasitəsilə yazılı mesajlar göndərə biləcəklər.
Xatırladaq ki, müxtəlif həcmli “Turbo” paketləri istər mobil telefonda, istərsə də
kompüterdə 225 Mb/s-dək sürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə "ədalətli istifadə"
siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən və “WhatsApp”
vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. Üstəlik, irihəcmli “Turbo XL”, “Turbo
2XL” və “Turbo 3XL” paketlərində gecələr internet yüksək sürətlə pulsuz və limitsizdir.
“Nar”-ın “Turbo” internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə
etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI