PARADOKS

AKTUAL

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

4-05-2018, 19:29
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 55

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“Nar” önümüzdəki günlərdə Bakıda keçiriləcək Formula Qran Pri yarışları ərəfəsində
şəbəkəsinin optimallaşdırılması istiqamətində müxtəlif işlər görüb. Mobil operator paytaxta
gələcək sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün
müvafiq işləri başa çatdırıb. Belə ki, ərazinin şəbəkə testləri tamamlanıb və şəbəkənin
keyfiyyət ölçüləri müəyyənləşdirilib. Bakı şəhərinin mərkəzində şəbəkə tutumu maksimum
optimallaşdırılıb, 4G (LTE-A) şəbəkə tutumu və əhatə dairəsinin daha da genişləndirilməsi
məqsədilə 20-dən artıq yeni baza stansiyası quraşdırılıb. Yarışların keçiriləcəyi ərazilərdə
şəbəkə tutumunun mükəmməlləşdirilməsi üçün yeni 6 mobil baza stansiyası işə salınıb.
Yarışların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəyə nəzarət
edəcək, şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı
nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin
davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq
dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)
xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən
artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI