PARADOKS

AKTUAL

“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25-04-2018, 21:49
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 135

 “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
 “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
 “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
 “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

23 aprel 2018-ci il tarixdə, Ümumdünya kitab günü ilə əlaqədar olaraq, "Nar" Bakıda yerləşən
internat məktəblərindən birinə 100-dək kitab hədiyyə etdi. Aksiyanın keçirilməsində məqsəd
uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək
olmaq və təhsilin önəmini aşılamaqdan ibarət idi. 
Azərbaycan Respublikası Təhsil nazirliyi ilə birgə həyata keçirilən aksiya çərçivəsində təqdim
edilən kitablar əsasən məktəbəqədər yaş qrupunu və ibtidai sinifləri əhatə edir. Bura nağıllar,
məktəbə hazırlıq üçün əlifba, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər və bu qəbildən
olan digər kitablar daxildir. Əlavə olaraq, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftərləri və
digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edildi.  
“Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində mütəmadi
olaraq müxtəlif tədbir və aksiyalar həyata keçirir. Elm, təhsil və maariflənmənin inkişafına
dəstək “Nar” KSM strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil
operator maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik
müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. Gənc nəslin motivasiyası,
təhsil və maariflənməyə olan marağın artırılması bu mənada xüsusi önəm kəsb edir.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş
həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator
şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni
əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli
xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI