PARADOKS

AKTUAL

“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası

22-04-2018, 16:19
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 201

“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası
“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası
“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası
“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində daha bir sosial
aksiyaya imza atdı. Autizmdən əziyyət çəkən uşaqlara dəstək olmağa qərar verən mobil
operator bu çərçivədə “Nur” korreksiyaedici mərkəzlə əməkdaşlığa başladı. Belə ki, 23-27
aprel 2018-ci il tarixləri arasında qardaş Türkiyə Cümhuriyyətinin Alanya şəhərində keçiriləcək
ANCA Dünya Autizm Festivalında “Nur” korreksiyaedici mərkəzdə müalicə alan 3 autizmli uşaq
və 4 pedaqoqun iştirakı mobil operator tərəfindən təmin edildi.
ANCA Dünya Autizm Festivalı ilk dəfə 1995-ci ildə Kanadada keçirilib. Festival hər il müxtəlif
ölkələrdə təşkil edilir. Bu il festivalda 35 ölkənin iştirakı gözlənilir. Azərbaycanı bu festivalda
məhz “Nur” korreksiyaedici mərkəz təmsil edəcəkdir. “Nur” korreksiyaedici mərkəzdə
defektoloq, loqoped, psixoloq, müalicəvi idman, yaşam və gimnastika müəllimi, xüsusi
pedaqoqlar xidmət göstərirlər. Mərkəzdəki mütəxəsislər Daun sindromu, autizm, əqli inkişafın
ləngiməsi, hiperaktivlik, eləcə də digər psixoloji və müxtəlif nitq problemlərinin reabilitasiyası
ilə məşğul olurlar.
Festivalda Azərbaycanı təmsil edəcək kollektivin səfər xərclərini öz üzərinə götürən “Nar”
uşaqların çıxışlarında istifadə edəcəkləri xüsusi paltarlar və milli geyimlər, idman dəstləri, milli
rəqs üçün xüsusi müəllimin dəvəti, müxtəlif dillərdə hazırlanmış broşürlər və milli hədiyyələrin
təşkili, eləcə də digər logistik xərclərin qarşılanmasını təmin etdi.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş
həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator
şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni
əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli
xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI