PARADOKS

AKTUAL

“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

18-04-2018, 21:03
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 88

“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

18 aprel 2018-ci il tarixdə imzalanmış əməkdaşlıq razılaşması ilə “Nar” və ADA Universiteti
mövcud əməkdaşlığı genişləndirməyə qərar verdilər. Nəzərdə tutulmuş layihələr arasında
yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıq,
startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və
məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma
proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.
Razılaşmanın imzalanma mərasimində “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke
ADA Universiteti ilə əməkdaşlığın “Nar”-ın irimiqyaslı korporativ sosial məsuliyyət
layihələrinin reallaşdırılması baxımından böyük perspektivlər vəd etdiyini bildirdi.
“Mən inanıram ki, bu məhsuldar tərəfdaşlıq platformu ölkədə təhsil və maariflənmənin
inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində
mütəxəssislərin yetişdirilməsinə və yeni innovativ layihələrin inkişafına böyük töhfə
verəcəkdir”, - deyə cənab Panke qeyd etdi.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə elm və təhsil layihələrinin “Nar”-ın sosial
məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirildiyi üçün mobil
operator nümayəndələrinə minnətdarlığını bildirdi: “ADA-nın təklif etdiyi karyera yönümlü
müasir akademik proqramlar nəzəriyyə ilə təcrübəni bir araya gətirir. Bu mənada, “Nar”-ın öz
sahəsi üzrə geniş təcrübəyə malik peşəkarlarının tələbələrimizlə quracaqları ünsiyyətin
böyük fayda verəcəyinə biz də inanırıq”.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib.
“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri
kimi təhsil və maariflənmənin inkişafına dəstək çərçivəsində təhsil müəssisələri və müvafiq
qurumlarla tərəfdaşlıq münasibətləri qurub, tələbələr üçün həvəsləndirici aksiyalar keçirib,
müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edib.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək
olar.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI