PARADOKS

AKTUAL

“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu

16-04-2018, 21:31
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 121

 “Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu
“Nar” NETTY-2018 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək oldu.
Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına hər zaman töhfə
verməyə çalışan mobil operator ənənəvi olaraq NETTY mükafatının keçirilməsinə dəstək
olmaqdadır.
NETTY Azərbaycan milli internet mükafatı 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin
milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya
texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən
yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar
edərək onları mükafatlandırır.
15-22 may 2018-ci il tarixləri arasında mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert
Şurası və Virtual münsiflər heyətinin səsverməsi başlayacaqdır. Ekspert Şurası hər
nominasiya üzrə üç nominant seçəcəkdir. 22 mayda NETTY Akademiyası nominantlar
sırasından mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən etmək üçün
səsverməyə start verəcəkdir. NETTY-2018 mükafatının qalibləri rəsmi olaraq təntənəli
mükafatlandırma mərasimində elan ediləcəklər.
Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı
resurslar elan olunacaq: "Azərbaycan", "Dövlət saytı", "Təhsil və elm", "Mədəniyyət və
incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis-sayt", "Korporativ sayt", "Elektron
ticarət sahəsində ən yaxşı layihə", "İdman", "Şəxsi sayt", "Virtual münsiflər heyətinin seçimi",
"Facebook”-da ən yaxşı səhifə".
Mükafatın əsas tərəfdaşları “Nar” operatoru və "Azintelecom" şirkətidir. Mobil operator özünün
çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda İKT
sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların tətbiqinə
dəstək olmağa çalışmaqdadır. “Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet
səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. 2017-ci ilin 2-ci rübündə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə
əsasən, dinamik inkişaf və şəbəkənin genişləndirilməsi istiqamətində görülmüş işlər
sayəsində “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək
nəticəyə nail olub.
“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI